Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 19:01

Ermənistan Azərbaycanı Avrasiya iqtisadi birliyində görmək istəmir


Shavarsh Kocharian
Shavarsh Kocharian

“Ermənistan Azərbaycanın Avrasiya iqtisadi birliyinə üzvlüyünə qarşıdır”.

“Panarmenian” portalının oktyabrın 12-də yaydığı məlumata görə, bunu jurnalistlərə Ermənistan xarici işlər nazirinin müavini Shavarsh Kocharian deyib.

O qeyd edib ki, Azərbaycan üzvlüklə bağlı təşkilata müraciət etməyib, amma bu baş versə Ermənistan buna qarşı çıxacaq.

Kocharian hesab edir ki, razılaşmaya əsasən hətta təşkilatda müşahidəçi statusu “ üzv ölkəyə və bütün təşkilata ziyan vuran ölkəyə” verilə bilməz. O,buna missal kimi blokadanı göstərib.

Mənbənin yazdığına görə, Rusiya prezidentinin müşaviri Sergei Glazev Yerevanda bildirib ki, Azərbaycanın Avrasiya iqtisadi birliyinə qoşulacağı halda Ermənistanın həlledici sözü olacaq.

Qeyd edək ki, Moskvanın rəhbərlik etdiyi bu birliyə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Ermənistan daxildir.

Serzh Sarkisian, Alexander Lukashenko, Nursultan Nazarbayev, Almazbek Atambayev və Vladimir Putin
Serzh Sarkisian, Alexander Lukashenko, Nursultan Nazarbayev, Almazbek Atambayev və Vladimir Putin

Dağlıq Qarabağa görə Azərbaycanla münaqişə aparan Ermənistan rəsmiləri dəfələrlə Azərbaycanı bu birlikdə görmək istəmədiklərini deyiblər.

Buna da bax: General: "Lazım gəlsə KTMT qüvvələri Ermənistana hərbi kömək edəcək"

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik yeddi rayon və bəzi əlavə kəndlər işğal edilib.

BMT Təhlükəsizlik Şurası işğal altında olan bütün Azərbaycan ərazilərinin qaytarılması ilə bağlı bir neçə qətnamə qəbul etsə də Ermənistan hələ də buna əməl etməyib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Minsk qrupu tərəflərə indiyə kimi, əsasən, üç təklif verib. Münaqişənin paket həlli, münaqişənin mərhələli həlli və «Ümumi dövlət» konsepsiyası.

Birinci varianta görə, işğal edilən ərazilərlə status məsələsi paket həll edilməlidir. İkinci variantda isə əvvəlcə ərazilər boşaldılmalı, sonra statusa baxılmalıdır. Üçüncü variantda münaqişə zonasında ümumi dövlətin yaradılmasından söhbət gedir. Azərbaycan münaqişənin mərhələli həllinə tərəfdardır. Bu variantlardan heç biri qəbul edilməyib

Daha sonra həmsədrlər əvvəlki üç varianta söykənən «Madrid prinsipləri»ni təklif ediblər.

XS
SM
MD
LG