Keçid linkləri

2024, 08 Sentyabr, bazar, Bakı vaxtı 04:23

‘17 faiz ərzaq inflyasiyası elan edilirsə, real rəqəm 25…’


2022-ci ilin yanvar ayında Azərbaycanda rəsmi inflyasiya 2021-ci ilin yanvarına nisbətən 12,5 faiz  təşkil edib

2022-ci ilin yanvar ayında Azərbaycanda rəsmi inflyasiya 2021-ci ilin yanvarına nisbətən 12,5 faiz təşkil edib.

Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 17,1 faiz bahalaşma olduğu bildirilir.

Bu barədə bu gün, fevralın 11-də Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, 2022-ci ilin yanvarında inflyasiya əvvəlki aya nisbətən cəmi 1,6 faiz təşkil edib.

İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, Dövlət Statistika Komitəsinin verdiyi rəqəmlər real göstəricilərə yaxındır:

"Çünki 17 faizə yaxın ərzaq inflyasiyası zatən çox böyük bir rəqəmdir. Azərbaycan Dövlət Statistika Komitəsinin hesablama qaydalarını nəzərə alsaq, qurum həmişə ən aşağı göstəriciləri götürərək hesablamaları aparır. Reallıq isə bundan həmişə daha yüksək olur. 17 faiz ərzaq inflyasiyası elan edilirsə, real rəqəm 25 faizə yaxındır".

XS
SM
MD
LG