Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 17:50

Estoniya və Norveç də Rusiya ilə sərhədi bağlaya bilər


Rusiya-Estoniya sərhəd keçidi
Rusiya-Estoniya sərhəd keçidi

Estoniya hökuməti Rusiya ilə sərhəddəki yoxlama-buraxılış məntəqələrini "qismən və ya tam" bağlamağı nəzərdən keçirir.

Bu barədə məlumatı Postimees saytı Estoniya sərhəd xidmətinin rəbəri Veyko Kommusaara istinadla yayıb.

Kommussar bu addımı qanunsuz miqrasiyanın artması ilə izah edib.

Onun sözlərinə görə təkcə noyabrın 16-da Rusiyadan Estoniyaya vizası olmayan 8 Somali vətəndaşı keçməyə cəhd göstərib.

Diqqətəlayiq olanı budur ki, bu adamlar Rusiya postunu keçib gəmişdilər.

Kommusaar bu baradə deyib:

"Biz vəziyyəti diqqətlə izləyirik və lazım gələrsə istənilən qanunsuz miqrasiyanın qarşısını ala bilərik. Vəziyyətdən asılı olaraq sərhəddəki keçidlər qismən və ya tam bağlana bilər".

Norveç

Öz növbəsində Norveç də Rusiya və Finlaniya ilə olan sərhədlərindəki vəziyyəti diqqətdə saxlayır və lazım gələrsə, Rusiya ilə sərhəddəki yeganə keçidi - Sturskuqe keçidini bağlamağa hazırdır.

Bunu Norveçin ədliyyə və ictimai təhlükəsizlik naziri Emili Enger Mel deyib.

Bundan əvvəl, noyabrın 18-dən Rusiya ilə sərhəddəki dörd keçidin bağlanması barədə Finlandiya qərar qəbul etmişdi.

Noveçin baş naziri Petteri Orpo bəyan edib ki, Rusiya sərhədçiləri lazımi sənədləri olmayan şəxsləri öz postlarından buraxaraq keçidlərdə böhran yaratmağa çalışırlar.

Finlandiya

Xəbər verilir ki, Finlandiya Rusiya ilə sərhəddə olan Vaalimaa, Nuyyamaa, İmarta və Niirala keçidlərini bağlamaq qərarı qəbul edib.

Bu da bildirilir ki, sığınacaq istəyənlər üçün Salla və Vartius keçidləri açıq saxlanacaq.

Açıq qalan başqa keçidlərdə sığınacaq üçün ərizələr qəbul oliunmayacaq.

2022-ci ildə Finlandiya və İsveç neytrallıq siyasətindən əl çəkərək NATO üzvlüyü üçün müraciət etmişdilər.

Buna səbəb Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsindən olan ehtiyatlanmalar idi.

Finlandiya Rusiya ilə sərhəddə müdafiə qurğularının yerləşdirilməsinə başlayıb.

XS
SM
MD
LG