Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:06

Nərmin Şahmarzadə də sərbəst buraxılıb


Bakıda etiraz aksiyası. 16 iyun 2020
Bakıda etiraz aksiyası. 16 iyun 2020

İyunun 16-da Daxili İşlər Nazirliyin qarşısında keçirilən aksiyanın fəallarından Nərmin Şahmarzadə də sərbəst buraxılıb.

Bu barədə Nərmin Şahmarzadənin özü məlumat varib.

Aksiya iştirakçılarının bəziləri sərbəst buraxılıb

Bundan əvvəl verilən xəbərdə deyilirdi ki, iyunun 16-da Daxili İşlər Nazirliyinin qarşısında "Polis zorakılığına son" adlı etiraz aksiyanda saxlanan fəalların bəziləri azadlığa buraxılıb.

Bu barədə AzadlıqRadiosuna aksiya iştirakçılarından biri Zəhra Kələndarova məlumat verib. Onun sözlərinə görə, polis aksiya iştirakçılarını saxlayaraq avtobuslara mindirib: "Üç nəfər idik. Bizi Milli Məclis tərəfə aparıblar. Orada avtobusa üç polis əməkdaşı mindi. Özlərini təqdim etmədilər. Bizim anket məlumatlarını götürdülər və 5-10 dəqiqə profilaktik söhbət apardılar. Daha sonra bizi metronun "Sahil" stansiyası yanında sərbəst buraxdılar".

Nərmin Şahmarzadə barədə isə, hələlik, məlumat yoxdur.

Saxlananların məsələsi ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

+++

İyunun 16-da təxminən 10 nəfərdən ibarət bir qrup fəal Daxili İşlər Nazirliyinin qarşısında "Polis zorakılığına son" adlı etiraz aksiyası keçirməyə cəhd edib.

Daxili İşlər Nazirliyinin qarşısında toplaşan bir qrup insan iyunun 7-də və 8-də Yasamal rayonu Dadaş Bünyadzadə küçəsində sakinlərlə polis arasında yaşanan insidentə etiraz ediblər.

Fəal Nərmin Şahmarzadə hadisə yerinə gələn polis əməkdaşlarına müraciət edərək bildirib ki, iyunun 7-də vətəndaşlar sivil etiraz ediblər: "Sakinlər zibil atmağa gedən bir nəfərin həbsinə sivil etiraz ediblər. Onlar zibil atıblar. Həmin zibilin içində şüşə olmayıb və heç bir polis əməkdaşı xəsarət almayıb. Sizin, polisin vəzifəsi vətəndaşların hüquqlarını qorumaqdır. Sizlər isə məhkəmə qərarı olmadan, qanunsuz şəkildə vətəndaşın evinə basqın edirsiniz, vətəndaşı yarıçılpaq vəziyyətdə ailəsinin gözü qabağında basıb aparırsınız, söyüş söyürsünüz, şillələyirsiniz".

"Siz o vətəndaşın yerində olsanız…"

Fəal daha sonra da bunları əlavə edib: "Siz o vətəndaşın yerində olsanız, buna razı olarsınız, kimsə sizə belə eləsin? Hələ bütün bu qanunsuzluqları videoya da çəkmisiniz. Polis əməkdaşlarında bu cəsarət haradandır?".

Bu sözlərdən sonra polis əməkdaşları etiraz edənlərə ərazini boşaltmağı buyurub. N.Şahmarzadə "Vətəndaşları qorxutma, qoru" şüarı səsləndirəndən sonra saxlanıb.

Digər aksiya iştirakçıları isə "Polis zorakılığına yox" şüarını bir müddət səsləndirəndən sonra avtobuslara doldurularaq naməlum istiqamətə aparılıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Polis Yasamalda əməlliyyat keçirdi
Gözlə

No media source currently available

0:00 0:02:22 0:00

Yasamalda nə baş vermişdi?

Daxili İşlər Nazirliyinin (DİN) Yasamaldakı insidentlə bağlı yaydığı rəsmi açıqlamada qeyd edilirdi ki, iyunun 7-də karantin rejiminə nəzarət edən polis əməkdaşları yaşayış binalarından birinin həyətində karantin rejimi qaydalarını pozan şəxsi saxlayıb. DİN-dən bildirildiyinə görə, həmin vaxt binada yaşayan bir qrup sakin mənzillərinin eyvan və pəncərələrindən polis əməkdaşlarının üstünə müxtəlif əşyalar ataraq onların ünvanına təhqiredici ifadələr səsləndiriblər.

"Aparılan araşdırmalarla asayiş keşikçilərinin üstünə müxtəlif əşyalar atan 11 nəfərin də şəxsiyyəti müəyyən edilib və onlar saxlanılaraq müvafiq araşdırmalar aparılması üçün ərazi polis orqanına gətiriliblər…" , - nazirliyin məlumatında qeyd olunub.

Polisin ötən gün əməliyyatla saxladığı sakinlərdən biri polisdə 5 saat döyüldüyünü deyir
Gözlə

No media source currently available

0:00 0:03:12 0:00

AzadlıqRadiosunun iyunun 9-da müsahibə aldığı şəxslər isə yaxınlarının qanunsuz olaraq saxlandığını deyirdilər. Saxlananlardan biri – Kərim Süleymanlı azadlığa buraxılıb. O, buraxıldıqdan sonra AzadlıqRadiosuna demişdi ki, polis bölməsində döyülüb.

Amma Bakı Şəhər Baş Polis İdarəsi onun açıqlamasını təkzib etmişdi. İdarədən bildirmişdilər ki, o, sifətindəki xırda xəsarətləri polis bölməsində yox, saxlanılan zaman polis əməkdaşlarının qanunu tələblərinə zidd olaraq tabesizlik göstərərkən alıb.

Xatırlatma

Koronovirus pandemiyası ilə bağlı Azərbaycanda martın 24-dən karantin elan edilib. İyunun 6-dan 8-nə kimi isə Bakı, Gəncə, Lənkəran, Sumqayıt şəhərləri və Abşeron rayonunda karantin rejimi bir qədər də sərtləşdirilib, küçəyə çıxmaq yasağı qoyulmuşdu. Bakı və ölkənin daha 8 yerində bu həftəsonu da küçəyə çıxmaq yasağı tətbiq edilib.

XS
SM
MD
LG