Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 03:30

Facebook 6 ayda 3 milyard saxta hesabı bağlayıb


Facebook bildirir ki, onun ötən ilin oktyabrından bu ilin martınadək bağladığı saxta hesabların sayı bundan əvvəlki 6 ayla müqayisədə iki dəfə artaraq 3 milyardı keçib.

Dünyanın ən böyük sosial media platforması olan şirkət mayın 23-də özünün internet saytında dərc etdiyi bəyanatda bildirir ki, saxta hesabların böyük bir qismi “bir neçə dəqiqə ərzində” və hələ “aktivləşdiriləndən” əvvəl silinib.

Facebook bildirir ki, belə nəhəng sayda saxta hesabın olmasına səbəb onların hakerlər tərəfindən avtomatlaşdırılmış qaydada yaradılmasıdır.

Platforma bunu da bildirir ki, onun aylıq 2, 4 milyard aktiv istifadəçi auditoriyasının 5 faizini saxta hesablar təşkil edib:

"Biz 2018-ci ilin dördüncü rübündə 1, 2 milyard, 2019-cu ilin ilk rübündə isə 2, 19 milyard hesabı bağlamışıq. Biz siyasətimizin pozulmasına yönəlmiş səylərin dəf edilməsi üçün yeni vasitələrin axtarışını davam etdirəcəyik”.

Facebook bildirir ki, o nifrət qızışdıran materialların qarşısının alınması sahəsində də tərəqqiyə nail olub.

Belə materialların 65 faizi avtomatlaşdırılmış sistem tərəfindən hələ istifadəçilərin xəbər verməsindən əvvəl silinib.

Facebook bildirir ki, 2019-cu ilin ilk üç ayında nifrət qızışdıran hesab oluna biləcək 4 milyon postu silib.

Şirkət qeyd edir ki, müxtəlif dillərdə və müxtəlif regionlardan olan belə postların aşkar olunması sahəsində bundan sonra da geniş iş aparılacaq.

XS
SM
MD
LG