Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 00:21

Facebook Azərbaycana 'müdaxilədən' danışıb


Rusiya Azərbaycandakı seçkilərə də müdaxilə edə bilərmi?
Gözlə

No media source currently available

0:00 0:14:55 0:00

Rusiya Azərbaycandakı seçkilərə də müdaxilə edə bilərmi?

Rusiya hökuməti Facebook vasitəsilə Azərbaycan hökumətinə təsir etmək istəyibmi? Facebook-un sahibi Mark Zukerberq aprelin 3-də yaydığı müraciətində bu haqda danışıb.

Zukerberq deyib ki, Rusiya hökuməti İnternet Araşdırma Şirkəti vasitəsilə xarici ölkələrdə seçkilərə müdaxilə edib, bu şirkət yüzminlərlə saxta profillər yaradıb, profillər Avropa, Amerika, Rusiyada adamları manipulyasiya edib.

Zukerberq deyib ki, məsələn, 2017-ci il Fransa seçkilərində 30 min saxta hesab yaradılıb. İddiaya görə, Rusiyanın “troll fabriki” kimi tanınan bir şirkətin üzvləri o vaxtkı namizəd Donald Trump-ın seçki kampaniyasını dəstəkləyiblər, Hillary Clinton-u gözdən salmağa çalışıblar.

Facebook-un sahibi Azərbaycan haqqında da danışıb:

“Bu səhifələr və hesablar Rusiya və qonşu rusdilli ölkələrdə, Özbəkistan, Azərbaycan və Ukraynada adamları hədəfə alıbmış. Biz Rusiyanın bəzi xəbər agentliklərinə məxsus səhifələri sildik, inanırıq ki, bu xəbər qurumları İRA tərəfindən idarə olunur”.

AzadlıqRadiosunun rus xidməti yazır ki, Rusiya hökuməti, Facebook –a sorğu göndərib ki, bəzi rusdilli səhifələrin bloklanmasının səbəbini açıqlasın.

Bəs Rusiya, Azərbaycandakı seçkiyə hansı məqsədlə müdaxilə edə bilər?

Siyasi şərhçi Rauf Mirqədirovun dediyinə görə vacib deyil ki, Rusiyanın marağı hakimiyyəti dəyişmək olsun, onun sözlərinə görə, seçki, bu ölkə üçün, öz maraqlarını yaymaq, ictimai fikri formalaşdırmaq üçün imkandır:

Həmin qüvvələr, həmin fikirlərin səsləndirilməsində maraqlıdırlar. Onlar bu fikirlərin cəmiyyətin beyninə yeridilməsində maraqlıdır. Və seçkilər bu fikirlər üçün imkan verir. Bu seçkilərdə rusiyapərəst, iranpərəst siyasətçinin İlham Əliyevdən sonra ikinci yerdə gəlməsi Rusiyanın marağındadır.

Azərbaycanda kimlərin səhifələri, niyə bloklanıb?

Rusiyanın Azərbaycanın seçkilərinə müdaxilə cəhdi olubmu? Facebook –un sahibi Mark Zukerberq deyib ki, Azərbaycan, Özbəkistan və Ukrayna ərazisində rusdilli auditoriyaya hədəflənmiş səhifələr və hesablar silinib, bunların bəziləri Rusiya xəbər qurumlarına aid olub və Rusiya hökumətinin idarə etdiyi, İnternet Araşdırma Şirkəti tərəfindən idarə olunub. Söhbət nədən gedə bilər.

Politoloq, keçmiş Rusiya səfiri Hikmət Hacızadə deyir ki, Azərbaycanda yerli media da rusiyayönümlüdür:

“Burda yalnız Sputnik TV Kremlin mövqeyini yayır. Başqa digər media qurumları bilavasitə Moskvaya bağlanan media yoxdur. Amma bizim hökumətin nəzarətində olan qəzetlər və saytlaR Rusiyayönümlü təbliğat aparır”.

Hikmət Hacızadə deyir ki, heç bir xarici müdaxilə Azərbaycanda, başqa ölkələrdə olduğu kimi seçkinin nəticəsini dəyişə bilməz, çünki onsuz da, seçki vaxtı seçicilərin rəyi nəzərə alınmır, nəticələr saxtalaşdırılır.

Facebook-un sahibi Azərbaycana Rusiyanın müdaxiləsindən və hesabların silinməsindən danışdığı ərəfədə, bir neçə azərbaycanlı rusdilli jurnalistin Facebook səhifəsi bloklanıb.

Onlardan biri, Kənan Quluzadə deyir ki, o rusiyayönümlü deyil və İnternet Araşdırma Şirkəti ilə heç bir əlaqəsi yoxdur:

“Mən bu iki hadisə arasında bağ görmürəm. Çünki bloka salınmış Azərbaycan jurnalistlərinin səhifələri saxta deyildi. Bir çox dostlar da ruspərəst və ya Vladimir Putinə tərəfdar deyil.”

Siyasi şərhçi Rauf Mirqədirov deyir ki, Azərbaycan xarici kəşfiyyat üçün əlverişli və açıq ölkədir. Onun sözlərinə görə, Qərb bu regiona sivil yollarla, Rusiya isə daha çox özünəməxsus, avtoritar yollarla təsir edir.

Facebook-un sahibi Zukerberq isə bildirib ki, bir neçə həftədən sonra, Facebook yeni vasitə hazırlayacaq, bu vasitə imkan verəcək ki, profilin və ya səhifənin Rusiya hökumətinə bağlılığı üzə çıxsın.

XS
SM
MD
LG