Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 23:38

Gürcüstan Leyla Mustafayevaya dövlət mühafizəsi ayırıb [video]


Əfqan Muxtarlı olayı mühacirlərin həyatında nəyi dəyişir?
Gözlə

No media source currently available

0:00 0:14:37 0:00

Əfqan Muxtarlı olayı mühacirlərin həyatında nəyi dəyişir? [A-Live]

Başlarına qara torba keçirib, jurnalist Əfqan Muxtarlıya azadlıq tələbi... Söhbət bir qrup “Facebook” sosial şəbəkə istifadəçisinin başlatdığı kampaniyadan gedir.

Gürcüstan prezidenti bildirib ki, bu olay ölkənin imicini böyük təhlükə altına salıb. Əfqan Muxtarlının həyat yoldaşı Leyla Mustafayevaya isə Gürcüstan hökuməti dövlət mühafizəsi ayrılması ilə bağlı qərar verib.

Amma Leyla Mustafayeva Əfqan Muxtarlının Bakıya necə aparılmasının araşdırılmasını tələb edir. O, Gürcüstanın daxili işlər naziri ilə görüşdən sonra bu haqda danışıb. Deyib ki, Gürcüstan vətəndaşlığı almaqla bağlı təklifi rədd edib. Onun fikrincə, Gürcüstan azərbaycanlı fəallar üçün təhlükəsiz ölkə deyil.

Buna da bax:​ ‘Həyat yoldaşımın oğurlandığı ölkənin vətəndaşı olmaram’

Berlində mənzillənən “Meydan TV”nin həmtəsisçisi Həbib Müntəzir də bu fikirlə razılaşır. O deyir ki, son bir neçə ildir Türkiyəyə səfər etmir. Əfqan Muxtarlı olayından sonra səfər edə bilmədiyi ölkələr siyahısına Gürcüstanı da əlavə etməli olub:

Həbib Müntəzir
Həbib Müntəzir

“Bir müddət öz təhlükəsizliyimdən dolayı Gürcüstana da səfərə ara verməli olacam. Bu dövlətlər özlərinə hörmət edirlərsə onların ölkələrinə pənah gətirənlərə qarşı belə davranmamalıdır”.

2014-cü ildə Türkiyədən Azərbaycana deportasiya olunan jurnalist Rauf Mirqədirov Bakıya çatan kimi həbs olundu.

Buna bax: Rauf Mirqədirov 2008-ci ildən Ermənistana casusluqda ittiham olunur

Jurnalist Əfqan Muxtarlının Gürcüstandan müəmmalı şəkildə Bakıya gətirilməsindən öncə isə musiqiçi Camal Əli Tbilisiyə buraxılmamışdı.

Bu siyahıya Belarusun Lapşini Azərbaycana təhvil verməsini də əlavə etmək olar.

Buna bax: Lapshin Azərbaycana gətirildi

«Human Rights Watch» hüquq-müdafiə təşkilatının Cənubi Qafqaz üzrə tədqiqatçısı Giorgi Gogia deyir ki, bütün bunlar onu göstərir ki, xaricdə yaşayan azərbaycanlı fəallara təqiblər var:

Giorgi Gogia, "Human Rights Watch". Tbilisi, 01 iyun 2017
Giorgi Gogia, "Human Rights Watch". Tbilisi, 01 iyun 2017

“Beynəlxalq ictimaiyyət bu cür hadisələrə susmamalıdır, digəri ölkələrə xəbərdarlıq etməlidir. Siyasi təqiblər üzündən bir ölkəyə sığınmış insanların qeyri-qanuni deportasiyası qəbul olmazdır”.

Giorgi Gogia yada salır ki, bundan öncə də xaricdə yaşayan azərbaycanlı siyasi fəallara qarşı müxtəlif təqiblər olub. Belə ki, fəalların yaxınları işdən çıxarılıb, polisə çağrılıb və ya həbs olunub.

Buna da bax:​ AB həbsdəki jurnalist və fəalların azadlığını istəyir

Niderlanda yaşayan fəal Orduxan Teymurxan deyir ki, Avropanın müxtəlif ölkələrində keçirilən etiraz aksiyalarından sonra onun ailə üzvlərinə təzyiqlər başlanıb:

Berlində azərbaycanlı fəalların aksiyası. 18yan2017
Berlində azərbaycanlı fəalların aksiyası. 18yan2017

“Mənə burda nəsə edə bilmirlər. Amma Azərbaycanda yaşayan ailəmin 12 nəfər üzvünü, hətta 2 yaşında uşağı belə bir gecənin içində polis bölməsinə apardılar. Avropada göstərdiyimiz fəaliyyətə görə bizə təzyiqlər edilir. Amma biz öz fəaliyyətimizi davam etdiririk”.

Buna bax: HRW O.Teymurxanın ailə üzvlərinə basqıları pisləyir

“Freedom House”, “Human Rights Watch” və digər beynəlxalq hüquq müdafiə təşkilatları ailə üzvləri həbs olunan fəallarla bağlı bəyanatları olub. Fəaliyyətinə görə ailə üzvləri təqib olunanlara yazar Günel Mövlud, "Meydan TV"nin rəhbəri Emin Milli, "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid, "Azərbaycan saatı" verilişinin aparıcısı Natiq Ədilov və digərlərini göstərmək olar. Adları sadalananların bəziləri qohumluqdan imtina ərizəsi yazdıqdan sonra azadlığa çıxıblar.

Buna da bax:​ Hüquq müdafiəçisi: 'Əfqan Muxtarlı 'Qırmızı Xaç'dan gizlədilib'

Hüquqşünas Xalid Bağırlı deyir ki, Əfqan Muxtarlının Azərbaycana gətirilməsi yeni tendensiyadır. Amma bu o demək deyil ki, bütün ölkələrdə yaşayan fəallar belə problemlərlə üzləşə bilərlər.

“Gürcüstan hökuməti nüfuzuna o qədər də zərər gələcəyini düşünməyə bilərdi. Amma böyük dövlətlər, Avropa dövlətləri öz nüfuzlarını ciddi şəkildə qorumağa hazırdırlar”.

Azərbaycan hökuməti ölkədə söz və ifadə azadlığının pozulması ilə bağlı ittihamları rədd edir. Bu cür ittihamlara adətən oxşar cavab verir ki, kimsə tənqidi fikirlərinə görə yox, konkret cinayət əməlinə görə həbs olunub.

XS
SM
MD
LG