Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 05:51

Əşyaları Facebook-da alıb-satmaq asanlaşır


Facebook
Facebook

«Facebook» yeni alış-veriş proqramını istifadəyə verib. Bu barədə sosial şəbəkənin rəsmi bloqunda məlumat verilir.

«Marketplace» adlanan proqram istifadəçilərin öz çevrəsi, tanışları, qonşuları ilə alış-veriş etmələrini asanlaşdırmaqdan ötrü düşünülüb.

Proqramı hazırlayan Bowen Pan onun böyük şirkətlər üçün nəzərdə tutulmadığını deyir.

Yeni proqrama «Messencer» və «Bildirişlər» bölmələrinin ortasında yerləşən «mağaza» loqosuna basaraq keçmək olar.

Proqramdan, hələlik, ABŞ, İngiltərə, Avstraliya və Yeni Zelandiyada 18 yaşdan yuxarı istifadəçilər faydalana biləcəklər.

İSTİFADƏÇİLƏR SATILAN ƏŞYALARI GÖRƏCƏKLƏR

Proqram əvvəlcə yaxınlıqdakı digər istifadəçilərin satdıqları əşyaları göstərir.

Əşyaları yer, kateqoriya və qiymətə görə axtarmaq olar. Satılan məhsullar arasında ev əşyaları, elektronika malları, paltarlar, kitablar yer alır.

İstifadəçi almaq istədiyi məhsulun şəklinə tıklayıb onun bilgilərini ətraflı görə, satıcıya mesaj yaza bilər.

Satmaqdan ötrü məhsulun şəklini çəkmək, adını, detallarını, qiymətini yazıb yeri göstərmək, kateqoriya seçib paylaşmaq lazımdır.

SATIŞI YASAQLANAN MALLAR

«Facebook» yetkililəri spirtli içki, ev heyvanları, partlayan maddələrin satışını əngəlləyəcəklərini bildirir.

Proqramın elektron ticarət saytları kimi, geniş təhlükəsizlik funksiyaları yoxdur. Bowen Pan bu səbəbdən aldanmalara «Facebook»un cavabdeh olmadığını deyir.

B.Pan «Facebook» istifadəçiləri, əsasən, anonim olmadıqlarından, bu kimi halların baş verməyəcəyinə inanır.

Proqram Android və iOS platformalı cihazlar üçün hazırlanıb. Tezliklə masaüstü versiyanın da istifadəyə veriləcəyi bildirilir.

XS
SM
MD
LG