Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:43

Facebook və Microsoft-dan Şimali Koreya hakerlərinə əks-hücum


Reuters agentliyi xəbər verir ki, Facebook Inc və Microsoft Corp şirkətləri ötən həftə Şimali Koreyadan qaynaqlanan bir sıra kiberhədələrin qarşısını alıblar.

Bu barədə məlumatı Ağ Evin daxili təhlükəsizlik müşaviri Tom Bossert dekabrın 19-da keçirilən mətbuat konfranslında verib.

Bu tədbirdə cənab Bossert ötən may ayında çox sayda xəstəxana, bank və başqa şirkıətləri iflic halına salmış haker hücumuna görə Pxenyanı ittiham etmişdi.

Tom Bossert deyib ki, Facebook hazırda davam edən kiberhücumların idarə olunduğu hesabları bağlayıb, Microsoft isə haker hücumlarının yolunu bloklayıb. Müşavir deyib ki, söhbət heç də təkcə WannaCry adlı ziyanlı proqramın hücumundan getmir.

Reuters yazır ki, Bossert Amerikanın bu iki texnologiya nəhənginin hərəkəti barədə təfərrüatlı açıqlama verməsə də, başqa şirkətləri ölkənin kiberhücumlardan müdafiəsinə xidmətə çağırıb.

Lakin Motherboard saytı Facebook-un hərəkəti barədə müəyyən təfərrüatları açıqlayıb.

Xəbərdə deyilir ki, Facebook sosial media platforması Şimali Koreya hakerlərinə məxsus çox sayda hesabı bağlayıb.

Şirkətin sözçüsü bildirib ki, Facebook ötən həftə Microsoft şirkəti ilə birlikdə ZİNC və ya Lazarus Group kimi tanınan təkmil təhlükə qrupuna qarşı ciddi tədbirlər görüb.

Birləşmçiş Ştatlar, Birləşmiş Krallıq və bir sıra başqa ölkələrin kibertəhlükəsizlik şirkətləri, habelə kəşfiyyat orqanları Lazarus haker qrupunun birbaşa Şimali Koreya hökumətinə işləməsinə əmindirlər.

Lazarus Group 2014-cü ildə Sony Pictures şirkətinə və SWIFT bank köçürmələri sisteminə hücumlarda, habelə dağıdıcı WannaCry virusunun epidemiyasında ittiham olunur.

Facebook şirkətinin sözçüsü Motherboard saytına yazdığı email-də bildirir ki, Lazarus Group-un işlətdiyi hesablar bağlanıb və beləliklə onun fəlaiyyəti xeyli çətinləşdirilib.

Sözçü bildirib ki, habelə bu qrupa bağlı hesablarla qeyri-ixtiyarı kommunikasiyada olmuş hesab sahiblərinə xəbərdarlıqlar göndərilib.

Şirkət bildirir ki, gələcəkdə də hakerlərə qarşı belə “əks-hücum” əməliyyatları keçiriləcək.

Microsoft da dekabrın 19-da bildirib ki, Şimali Koreya hakerlərinin istifadə etdikləri ziyanlı proqramlar bloklanıb, yoluxmuş müştəri kompüterləri təmizlənib.

Microsoft bəyan edib ki, təkrar yoluxmaların qarşısının alınması üçün Windows proqramının müdafiəsi möhkəmləndirilib.

XS
SM
MD
LG