Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:19

Facebook və Twitter prezidentlərin yanlış postlarını silir və...silmir


ABŞ prezidenti Donald Trump (solda) və Braziliya lideri Jair Bolsonaro
ABŞ prezidenti Donald Trump (solda) və Braziliya lideri Jair Bolsonaro

Facebook və Twitter dünya liderlərindən bəzilərinin koronavirus barədə dezinformasiya xarakteri daşıyan postlarını silib.

Facebook Braziliya prezidenti Jair Bolsonaronun post etdiyi videonu pozub. Bu videoda hidroksixloroxin preparatının koronavirusun müalicəsində tamamilə effektli olduğui iddia edilirdi.

Bolsonaro bu virusun qorxulu olmadığı barədə dəfələrlə bəyanat vermiş və braziliyalıları təhlükəsiz sosial məsafə barədə tibbi tövsiyəyə məhəl qoymamağa çağırmışdı.

Bundan əvvəl Twitter Venesuela prezidenti Nicolas Maduronun koronavirusa qarşı evdə hazırlanan bir dərman barədə tvitini silib.

İctimai maraq və ictimai maraq

Bu iki sosial media platforması, hətta onların aşkar yanlış məlumat verdikləri vaxtlarda da dünya liderlərinin postlarına çox nadir hallarda müdaxilə edir.

Məsələn, Twitter bildirib ki, o belə postları ictimai marağı nəzərə alaraq saxlayır.

Amma əsas sosial şəbəkələr elə həmin ictimai maraq baxımından koronavirus pandemiyası ilə bağlı dezinformasiyaları silmək məcburiyyətində qalırlar.

Twitter beynəlxalq səhiyyə tövsiyələrinə zidd dezinformasiyalarla mübarizəyə dair özünün mövcud qaydalarını təzələyib.

Facebook da öz növbəsində bildirib ki, başqalarına fiziki ziyan vuran informasiyaları silmək hüququnu özündə saxlayır.

Prezident Bolsonaronun postunda onun Taquatinqa şəhərinin küçələrində adamlarla söhbət etdiyi görünürdü.

Facebook bildirib ki, bu videonu özünün, habelə sahibi olduğu Instagramın səhifəsindən çıxarıb.

Sosial şəbəkə şirkəti BBC-yə bidlirib ki, bu postlar onun istifadəçilər barədə icma standartlarını pozurdu.

Prezidentin videosunu YouTube kanalı da silib.

Müalicə potensialı riskdən mühüm olanda

Facebook Buzzfeed və The Verge saytlarına bildirib ki, bu postların silinməsinə səbəb məhz hidroksixloroxin preparatı barədə tövsiyələr olub.

Dünya Səhiyyə Təşkilatı (DST) bildirib ki, bəzi dərmanların qarışığı müəyyən effektə malik olsa da, koronavirusun isbat edilmiş müalicəsi hələlik tapılmayıb.

Bəyanatda deyilir ki, təsiri təsdiq edilməmiş hidroksixloroxin və xloroxin qarışığından yalnız eksperimental müalicə zamanı istifadə edilir.

Lakin bu iki preparatın qarışığı, tələb olunan kliniki sınaqlardan çıxmasa da, ABŞ Qida və Dərman Administrasiyası (FDA) artıq hər iki preparatın istifadəsinə icazə verib.

Rəsmən antimalyariya dərmanı kimi təsdiqlənmiş bu preparatdan COVID-19 virusuna yoluxmuş xəstələrin “təcili müalicəsi” üçün icazə verilib.

FDA bildirib ki, bu dərmanın müalicə potensialı onun riskindən üstündür.

Bir var prezident, bir də var onun adamları

Amma ABŞ prezidenti Donald Trump ötən həftə hidroksixloroxini effektli müalicə kimi reklam edəndə, FDA onun istifadəsinə hələ icazə verməmişdi. Buna baxmayaraq prezidentin həmin postu Twitter-dən silinməyib.

Amma Trump-dan fərqli olaraq onun vəkili, keçmiş Nyu York meri Rudy Giuliani-nin bu dərmanın virusun müalicəsində “100 faiz effektə” malik olmasına dair tviti silinib.

O həmin tvitdə Trump-ın başqa bir dəstəkçisi, Charlie Kirkə istinad etmişdi. Kirkin tvitləri də pozulub.

Slate saytı xəbər verir ki, Fox News telekanalından Laura Ingraham-ın hidroksixloroxini tərifləyən tviti də silinib.

NBCNews saytı xatırladır ki, bu ay Arizonada bir kişi arvadı ilə birlikdə özlərinə xloroxin vurduqdan sonra vəfat etmişdi. Onun həyat yoldaşını reanimasiyaya yerləşdirmişdilər.

Qadın demişdi ki, onlar prezident Donald Trump-ın bu dərmanı təriflədiyi xəbər verilişinə baxıblar.

XS
SM
MD
LG