Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:37

Müğənni ilə cərrah arasında məhkəmə davası


Əməliyyat. Foto illüstrasiya
Əməliyyat. Foto illüstrasiya

Xeyli vaxtdır ki, müğənni Nazim Pişiyari (Faytonçu Nazim) bir müddət öncə əməliyyat olunduğu «ElMed» klinikası və oranın həkimi Elman Əzimovla məhkəmədə çəkişir. Tərəflər növbəti dəfə noyabrın 10-da Bakı Apellyasiya Məhkəməsində üz-üzə gəlib.

Müğənni iddia edir ki, cərrah E.Əzimov ona yanlış diaqnoz qoyaraq əməliyyat edib. Bu əməliyyatdan sonra da səhhətində ciddi problemlər yaranıb. Onun sözlərinə görə, əməliyyat uğursuz alınıb və fəsadlar verib:

«Əməliyyatda həkim səhvi məni bu günə saldı. Bunu İsraildə də, Türkiyədə də təsdiq etdilər. Ona görə də məcbur qalıb, şəfamı başqa ölkələrdə axtarmalı oldum».

Sonradan Türkiyə və İsraildə bir neçə əməliyyat keçirdiyini və hazırda səhhətinin normal olduğunu deyən N.Pişiyari klinika və həkimin cəzalandırılması üçün Səhiyyə Nazirliyinə, Baş Prokurorluğa müraciət edib. Eyni zamanda, məhkəmədə də həm maddi, həm də mənəvi ziyanın ödənilməsi tələbi ilə klinika və həkimə qarşı 62 min dollarlıq iddia qaldırıb. Müğənninin iddiasına Binəqədi Rayon Məhkəməsində baxılır.

HƏKİM: «ƏLİMİZDƏN GƏLƏNİ ETDİK»

Məhkəmənin hazırlıq iclasında N.Pişiyarinin vəkilləri həm klinikanın əmlak və bank hesabının, həm də həkimin əmlakının üzərinə həbs qoyulması haqda ərizə veriblər. Belə əsaslandırıblar ki, əgər məhkəmə müğənninin xeyrinə – dəymiş ziyanın ödənilməsi haqda qərar versə, onu əmlaka yönəltmək mümkün olsun. Əks halda, məhkəmə başa çatana qədər əmlak başqasının mülkiyyətinə keçirilə bilər, qərarın icrası mümkün olmaz.

Hakim də N.Pişiyarinin vəkilinin iddianın təmini tədbiri barədə ərizəsini qismən təmin edib, əmlaklar və bank hesabının üzərinə həbs qoyulub.

Tibb mərkəzi və həkim bu qərardaddan apellyasiya şikayəti vermişdi. Noyabrın 10-da Vüsalə Baxışovanın sədrlik etdiyi hakimlər kollegiyası apellyasiya şikayətinə baxıb, birinci instansiya məhkəməsinin əmlaklar və bank hesabı üzərində həbs qərarı ləğv olunub.

Cavabdeh tərəf sözügedən qərardaddan yuxarı instansiya məhkəməsinə şikayət verdiyinə görə Binəqədi Rayon Məhkəməsində proses təxirə salınmışdı. Artıq apellyasiya məhkəməsinin qərarı bəlli olduğundan, proses yaxın vaxtlarda davam etdiriləcək.

Müğənnini əməliyyat etmiş həkim E.Əzimov onun ittihamlarının əsassız olduğunu deyir. Bildirir ki, N.Pişiyari işlədiyi xəstəxanaya müraciət edəndə ağır vəziyyətdə idi. Savadsız həkim olmadığını və Pişiyarini ağır patoloji haldan salamat çıxartdıqlarını deyən həkimin sözlərinə görə, bunun özü möcüzə idi:

«Bəzən bu kimi hallarda sadəcə gözləmək lazımdır. Həkimlər belə durumlarda ani səhlənkarlıqla xəstənin ölümünə səbəb ola bilirlər. Lakin biz zamanında qanaxmanı dayandırdıq və həmin an edilə biləcək, əlimizdən gələn hər şeyi etdik».

E.Əzimov onu da deyib ki, müğənni heç cür ortaq məxrəcə gəlmək istəmədi.

XS
SM
MD
LG