Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 03:11

ABŞ Federal Ehtiyatlar sistemi faizi qaldırdı


ABŞ Federal Ehtiyatlar Sistemi - FED-in sədri Janet Yellen
ABŞ Federal Ehtiyatlar Sistemi - FED-in sədri Janet Yellen

ABŞ Federal Ehtiyatlar sistemi – FED gözlənildiyi kimi, dekabrın 13-də uçot dərəcəsini 0, 25 faiz artırıb, lakin artım reytinin gələcək illər üçün proqnozunu dəyişməyib.

Bu addım FED-iin 2017-ci il üçün son maliyyə müşavirəsində, iqtisadi göstəricilərin kifayət qədər sabitsiz vaxtında atılıb.

Qərar maliyyə siyasətini tədricən sərtləşdirməyi planlaşdıran Mərkəzi Bank üçün yaxşı xəbər olub.

Ötməkdə olan bu il ərzində uçot dərəcəsini üçüncü dəfə artıran FED 2018 və 2019-cu illərdə daha üç belə artımın həyata keçiriləcəyini gözləyir.

Bundan sonra daha uzunmüddətli 2, 8 faiz hədəfinə çatılmış olacaq.

FED-in bu barədə bəyanatında qeyd olunur ki, “iqtisadi fəallıq sabit sürətlə artmaqda davam edir”.

Beləliklə, federal fond faizi 1, 25 – 1, 50 hədəf səviyyəsinə yüksəldilib.

Xəbər verilir ki, ABŞ birjaları uçot dərəcəsinin artırılması xəbərinə müsbət reaksiya verib, hərçənd dollar azacıq ucuzlaşıb.

FED rəsmiləri bildirirlər ki, iqtisadiyyat 2017-ci ildə yüksəliş sürəti kəsb edib və qarşıdan gələn illərdə iqtisadi artım proqnozlarını qaldırmaq mümkün olacaq.

Ümümu Daxili Məhsulun 2018-ci ildə 2, 5 faiz artacağı gözlənilir. Bu, sentyabrda verilmiş 2, 1 faiz proqnozundan yüksəkdir.

İşsizliyin gələn il 3. 9 faizə enəcəyi gözlənilir. İlkin proqnozlara görə bu rəqəm 4, 1 faiz olmalı idi.

Reuters yazır ki, bütün bunlar Trump administrasiyasının vergi dəyişikliyi barədə qərarının Konqresdə qəbul olunacağı təqdirdə Mərkəzi Bank üçün demək olar təsirsiz ötüşəcəyi deməkdir.

Rəsmilər federal fondlar üzrə uçot drəcəsinin 2020-ci ildə 3, 1 faizə yüksələcəyini gözləyirlər. Bu, daha uzun müddətə nəzərdə tutulmuş “neytral” 2, 8 faiz göstəricisindən azacıq çoxdur.

XS
SM
MD
LG