Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:57

Deputat: “Buyursunlar beynəlxalq məhkəməyə müraciət etsinlər”


Fərəc Quliyev
Fərəc Quliyev

İctimai-siyasi gündəmin son olayları haqda AzadliqRadiosunun suallarını Milli Məclisin deputat Fərəc Quliyev cavablandırır.

- Fərəc bəy, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsi Azərbaycandakı vəziyyətlə bağlı açıqlama yayıb. Açıqlamada Azərbaycan hakimiyyətilə davam edən dialoq bəyənilsə də, jurnalistlərə, vəkillərə təzyiqlər,vicdan məhbusu problemi də vurğulanıb. Nə deyə bilərsiniz bu barədə?

- Tənqidlər həmişə olub və istənilən ölkə haqqında da irad söyləmək mümkündür. Bir neçə il əvvəl qəbilə hakimiyyət quruluşundan yeni sistemə keçən Səudiyyə Ərəbistanı haqqında belə şeylər demirdilər. Çalışırlar ki, bəzi ölkələri öz orbitlərinə salsınlar və buna görə də təzyiqlər olur. İstənilən ölkədə çatışmazlıqlar var, o cümlədən də Azərbaycanda da. Biz parlamentdə də, mətbuatda da bunları qabardırıq. Ancaq mənə elə gəlir ki, bəzi məsələlərdə qərəzli münasibət var. Bizdən daha pis olan ölkələrə o cür münasibət bəslənilmir. Ermənistanın işğalçılıq siyasətinə, uşaq öldürmə hərəkətlərinə faktiki münasibət bildirilmir. Ortada faktiki qərəz var. Ancaq təbii ki, ölkəmizlə beynəlxalq təşkilatlar arasındakı müqavilələrə görə, Azərbaycan öhdəliklərini həll etməyə çalışır. Dialoqdan da razılıq etiraf olunur, dialoq gedir, ancaq tam ideal səviyyədə olduğumuzu da demək mümkün deyil.

Florin Cezar Preda və Stefan Schennach
Florin Cezar Preda və Stefan Schennach

Buna da bax:"AŞPA Azərbaycan hakimiyyətini demokratik azadlıqlara hörmət etməyə çağırıb"

- Səudiyyə Ərəbistanının adını xatırladınız, bu ölkə Avropa Şurasının üzvü deyil axı ...

- Söhbət Avropa Şurasından getmir, BMT-nin bəzi qurumları, ABŞ-dakı azadlıqları müdafiə edən təşkilatlar olsun, mən misal olaraq xatırlatdım.

- Ermənistan haqda danışdınız. Beynəlxalq təşkilatların hesabat və rəylərinə görə, orada mətbuata Azərbaycandakı qədər təzyiq yoxdur. Ermənistan həbsxanalarında150-dən çox siyasi məhbus sayılan şəxs yoxdur. Bu barədə nə deyə bilərsiniz?

- Ermənistanda parlamentə daxil olub deputatları güllələyirlər. Ermənistan bir dövlətin ərazisini işğal edib, nəticəsdə yüz minlərlə insanın əmlak toxunulmazlığı tapdalanıb. Bunlar insan haqlarını pozmaq deyilmi? Ancaq təşkilatlardan da adekvat cavab yoxdur. Bizim ölkədə bəzi adamların həbsini ümumləşdirib bütün adamlara şamil etmık doğru deyil. Müxalifət birini korrupsioner adlandırır, sonra həbs olunursa onu müdafiə edib “azadlıq aşiqi” kimi təqdim edir. Bəli, insanlara ədalətli münasibət olmalıdır, məhkəmələr ədalətli qərar çıxartmalıdırlar. Biz qanun pozuntuları haqda istəklərimizi ifadə etmişik, bəzi insanların azad olunması barədə də münasibətimiz olub. Məsələn, Mehman Əliyevin azad olunmasını arzulayıram, ziyalı insandır. Ancaq adamlartutduğu ictimai yükünə görə, məsuliyyətdən tamamilə azad olunmalıdır fikri də doğru deyil.

Foto arxiv
Foto arxiv

- Düzdür, Ermənistanda parlament gülləbaranı olub, Avropa Şurasının üzvü olmadığı zaman, 18 il əvvəl. Ancaq Avropa Şurasının sənədlərində, qətnamələrində Azərbaycanın işğala məruz qaldığı də dəfələrlə qeyd olunub. Yəqin xəbəriniz var?

- Mənim hər şeydən xəbərim var. Münasibət bildirməsəydi nə olacaqdı? Fakt var, bunu aradan qaldırmaq lazımdır. Ölkənin taleyi ilə bağlı ciddi şəkildə anlaşılmazlıq vardı, hüquq pozuntusu olub, 20 faiz ərazimiz işğal edilib. Buna münasibət bildirmək, tanımaq heç nəyi dəyişmir, ölçü götürüb sanksiya tətbiqi lazımdır, Azərbaycana qarşı hədələrin bir hissəsi onlara yönəldilməlidir. Ancaq bunlar yoxdur.

- Komitə Azərbaycan hökumətinin 2012-2014-cü illərdə irimiqyaslı “pul yumaq” sxemində iştirakı və xüsusilə, bunun Azərbaycanda insan haqları ilə bağlı AŞPA əməkdşalarının işinə təsir etməsi kimi iddiaların narahatlıq doğurduğunu ifadə edib. Hökuməti araşdırma aparmağa dəvət edib. Siz nə deyə bilərsiniz bu barədə?

- Bilirsiniz, müxtəlif fikirlər deyilə bilər, təqsirsizlik prezumpiyası deyilən məsələ var. Məhkəmə təsdiqi yoxdursa, birisinin iddiası ilə adama qarşı ittiham irəli sürmək mümkün deyil. Əgər hüquqi cəhətdən deyilənlər təsdiq olunarsa, münasibət bildirmək olar. İndiki halda bunlar, hələ söz olaraq ortadadır.

-Məgər, təqsirsizlik preziumpiyasına Azərbaycanda riayət olunurmu? Məsələn, Mehman Əliyevin həbsində...

-Mehman bəyin azad olunmasını mən də istəyirəm, istəyir o, yaxud başqası olsun. Burda qanun pozuntusundan söhbət gedə bilməz, saxlanmadır. Məhkəmə hökmü olmayana qədər onu heç kim cinayətkkar adlandırmır. Əgər məhkəmə bəraət verəcəksə, alqışlayacağıq. Hər hansı qurum və şəxs iddia qoyursa, bu, əsas kimi götürülə bilməz. Məhkəmədə mütləq hüququ əsasını tapmalıdır, hələ belə bir şey yoxdur. Bu olmayanda isə heç bir ölkə barədə fikir bildirmək doğru deyil.

Mehman Əliyev illustrasiya
Mehman Əliyev illustrasiya

- Araşdırmaçı jurnalistlərim məqalələrində ortalığa konkret faktlar qoyulub, bank əməliyyatları və s. Buna nə deyirsiniz?

- Nəsə deyə bilərlər, buyursunlar beynəlxalq məhkəməyə müraciət etsinlər.

- Bəs mətbuatın yazdığını da yerli hüquq-mühafizə orqanları araşdırmalı deyilmi?

- Əgər şikayət olunarsa, araşdırma aparılmalıdır. Azərbaycan Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət oluna bilər, məhkəməyə və prokurorluğa da. Azərbaycana etimad etmirlərsə, beynəlxalq strukturlara müraciət etsinlər, yalnız bundan sonra bir fikrə gəlmək olar.

Bunlara da bax:"Almaniyada Mehman Əliyevə dəstək aksiyası keçirilib"

'Azərbaycanın pulyuyan maşını' qalmaqalı böyüyür [video]

XS
SM
MD
LG