Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:45

'Fəridi qaytarın!' - İran səfirliyi önündə aksiya


Bakıda İran səfirliyi qarşısında etiraz
Gözlə

No media source currently available

0:00 0:01:58 0:00

Bakıda İran səfirliyi qarşısında etiraz

Almaniyada təhsil alan, bu ilin fevralında İrana getdiyi və orada itkin düşdüyü deyilən Azərbaycan vətəndaşı Fərid Səfərlinin yaxınları bu gün, martın 17-də Bakıda etiraz aksiyası keçiriblər. Onlar İranın Azərbaycandakı səfirliyinin qarşısına toplaşaraq əllərində "Fəridi geri qaytarın", "Fəriddən xəbər verin" tələbləri yazılmış plakatlar tutublar.

Səfərlinin yaxınları bildirib ki, o, İrana gedəndə dostlarından başqa heç kimə bu barədə xəbər verməyib: "İstədiyi qıza görə ora gedib. Martın əvvəli dostlarına yazıb onlardan bilet almağa xahiş edib. Lakin martın 4-dən onunla bütün əlaqələr kəsilib, telefonu bağlıdır. Fərid haqqında heç bir məlumat verilmir".

Onun hüquqlarının müdafiə komitəsinin üzvü İlqar Hüseynli deyib ki, Almaniyada həkim işləyən Fərid Səfərlinin anası Dilarə Əsgərova Berlində İran səfirliyində görüş keçirib: "Orada ona bildiriblər ki, məsələ ilə yerli hakimiyyət məşğuldur. Almaniya polisi də araşdırma aparır. Lakin bu qədər cəhdlərimizə baxmayaraq, İran hökumətindən Fərid bəyin sağlıq durumu, harada və hansı vəziyyətdə saxlanması ilə bağlı hər hansı bir məlumat verməyiblər".

Aksiya iştirakçıları İran hökumətindən Səfərlinin ailəsi ilə ünsiyyət qurmasına şərait yaradılmasını və onun taleyi ilə bağlı geniş məlumat verməsini tələb ediblər.Aksiya zamanı hər hansı insident baş verməyib.

Aksiyaya və orada səslənən fikrilərə, hələlik, İranın Azərbaycandakı səfirliyindən münasibət almaq mümkün olmayıb.

Ötən həftə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Fərid Səfərlinin İranda itkin düşməsi məlumatları ilə bağlı yerli medianın suallarına cavab vermişdi. "Sözügedən məlumata aydınlıq gətirilməsi məqsədilə Xarici İşlər Nazirliyi müvafiq olaraq İranın ölkəmizdəki səfirliyinə nota ünvanlayıb və hal-hazırda qarşı tərəfdən cavab gözləyir",- o vurğulamışdı.

Xatırlatma

Hazırda İranla Azərbaycanın münasibətlərində müəyyən gərginliklər var.

Bu il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Səfirliyin mühafizə xidmətinin bir əməkdaşı həlak olub, ikisi yaralanıb. Bundan sonra səfirliyin əməkdaşları Azərbaycana təxliyə olunub. İran tərəfi hadisənin araşdırıldığını bəyan edib.

XS
SM
MD
LG