Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 07:53

Ankara: 'Fethullah Gülen qaçsa...'


Fetlullah Gülen-in Azərbaycan bağları...
Gözlə

No media source currently available

0:00 0:14:54 0:00

Fethullah Gülen-in Azərbaycan bağları...

Türkiyə Fethullah Gülen-in verilməsi üçün ABŞ-a daha bir sənədlər qovluğu göndərib.

Bu haqda avqustun 2-də Türkiyənin ədliyyə naziri Bekir Bozdağ məlumat verib.

Bozdağ deyib ki, həmin qovluqda 15 iyul çevriliş cəhdinin Gülen-in törətməsinə dair çoxlu sübutlar var. Türkiyə bu sübutlara görə ABŞ-dan F.Gülen-i qaytarana qədər həbs etməsini də istəyib.

B.Bozdağ deyib ki, F.Gülen-in ABŞ-dan başqa bir ölkəyə qaçması ancaq Amerikanın icazə ilə mümkün ola bilər: «Əgər qaçsa, deməli, ABŞ buna göz yummuş, ya da şərait yaratmış olacaq. Çünki hazırda Gülen-in Pensilvaniyadakı evi ABŞ-ın təhlükəsizlik qüvvələrinin nəzarəti altındadır. Amerikanın icazəsi olmadan o, ölkədən çıxa bilməz».

İyulun 15-də Türkiyədə bir qrup hərbçi çevrilişə cəhd edib. Cəhdin qarşısı alınarkən 300-dən çox adam həlak olub. Onların 200-dən çoxu dinc sakinlər, qalanları polislər və hərbçilərdir.

Türkiyə rəsmiləri çevriliş cəhdinin arxasında Fethullah Gülen-in dayandığını bildirir. ABŞ bildirib ki, bunu isbatlamaq üçün Türkiyə dəlil-sübutlar təqdim etməlidir.

Həmçinin baxın - AzadlıqRadiosu Youtube Kanalında izləyin:

Bakıda «nurçu» rüzgarı? - [12 dəqiqə]

Heydər Əliyev və Fetullah Gülenin Azərbaycan bağları

XS
SM
MD
LG