Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:17

‘Freedom House’dan İlham Əliyevə cavab gəldi


Arxiv fotosu
Arxiv fotosu

Freedom House beynəlxalq hüquq müdafiə təşkilatı prezident İlham Əliyevin sentyabrın 20-də Avropa Parlamentinin nümayəndələri ilə görüşdə onlarla bağlı söylədiklərini şərh edib.

“Turan”-ın xəbərinə görə, bu haqda təşkilatın saytı xəbər verir.

Təşkilatın fəaliyyətdə olan prezidenti Daniel Calingeart öz bəyanatında İlham Əliyev hökumətini sərt tənqid edib.

“Prezident Ilham Əliyev son 10 ildə Azərbaycanda insan haqlarının dəhşətli durumu , vətəndaş cəmiyyəti fəallarının və bütün siyasi müxalifətin həbsi üçün ən məsul şəxsdir”, prezident deyib.

Buna da bax:​ Freedom House: «Azərbaycanda mətbuat qeyri-azaddır» [infoqrafika]

“İlham Əliyev Azərbaycanda insan haqlarının dəhşətli durumu üçün ən məsul şəxsdir”

Daniel Calingeart bəyanatında “Freedom House”un Azərbaycanla bağlı çalışmalarını davam etdirəcəyini vurğulayıb.

“Freedom House Əliyevlərin başında dayandığı hökumətin insan hüquq və azadlıqlarını pozması hallarına daha artıq diqqət cəlb edən çalışmalarını həyata keçirməyə davam edəcək”, bəyanatda vurğulanır.

İlham Əliyev: “’Freedom House’ ermənipərəst mövqe tutduğuna və Azərbaycana davamlı hücumlar etdiyinə görə ölkəmizin onunla heç bir əlaqəsi olmayan təşkilatdır".

Prezident İlham Əliyev sentyabrın 20-də Avropa İttifaqı Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətini qəbul etmişdi. Həmin görüşdə ölkə başçısı Freedom House təşkilatını qərəzdə günahlandırmışdı.

“’Freedom House’ ermənipərəst mövqe tutduğuna və Azərbaycana davamlı hücumlar etdiyinə görə ölkəmizin onunla heç bir əlaqəsi olmayan təşkilatdır. Uzun illər “Freedom House”un rəhbəri müxtəlif səbəblər üzündən Dövlət Departamentindən qovulmuş və Azərbaycanın ən fəal tənqidçilərindən birinə çevrilmiş Kramer olub. Deyim ki, “Freedom House”un hesabatlarının bizim üçün heç bir əsası yoxdur və bu təşkilatın bu sənəddə qeyd olunması məndə təəccüb doğurur. Bu, qeyri-hökumət təşkilatıdır, yüzlərlə belə təşkilat müxtəlif hesabatlar dərc edir”, prezident demişdi.

Buna da bax:​ 19 təşkilatın hökumətdən istəyi

XS
SM
MD
LG