Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 05:47

Moldovanın qərbyönümlü liderinin qohumbazlığı


Moldovanın qərbyönülmlü müxalifət lideri Mixay Gimpu prezident kreslosuna əyləşər-əyləşməz öz qardaşı oğlunun namizədliyini Milli Bankın rəhbəri vəzifəsinə irəli sürüb. Özü də yeganə namizəd kimi.

KÖHNƏ HAMAM, KÖHNƏ TAS

Korneliu Gimpunun namizədliyinin irəli sürülməsinə bir çox moldovalıların reaksiyası belə olub – köhnə hamam, köhnə tas.

Qərbyönümlü müxalifət bundan əvvəlki prezident – keçmiş kommunist Voroninə qarşı aksiyaları məhz demokratiya, insan halqarı, şəffaf idarəçilik və qohumbazlığa yox şüarları ilə keçirmişdi.

Çünki Voroninin oğlu Moldova iqtisadiyyatının demək olar ki, bütün gəlirli sahələrinə nəzarət edirdi.

Mixay Gimpu hələ heç prezident də deyil, prezident səlahiyyətlərini icra edir, o parlamentin sədridir.

Gimpu öz qohumunun namizədliyini irəli sürən kimi böyük təzyiqlərlə üzləşib və dərhal geri çəkilməyə məcbur olub, irəli sürdüyü namizədliyi geri götürüb.

GIMPUNUN BAŞQA BİR QARDAŞI OĞLU DA VƏZİFƏ SAHİBİDİR

Moldovanın baş naziri Vlad Filat
Amma onun bu hərəkəti cəmiyyətdə suallar doğurub ki, Moldova demokratiya dəyərlərini mənimsəməkdə nə qədər irəli gedə bilib və özünün əsas hədəfinə - Avropa Birliyinin üzvü olmaq istəyinə nə qədər yaxındır.

Bu məsələyə baş nazir Vlad Filatin da reaksiyası bəzilərində təəccüb doğurub – o da hakimiyyətə yeni gələn qərbyönümlü koalisiyanın rəhbərlərindən olub.

“Əgər mən bu məsələyə izahat verməyə çalışsam, onda gərək onu da izah edəm ki, Mixay Gimpunun başqa bir qardaşı oğlu niyə paytaxt meridir.

Hər iki qardaş oğlu ilə bağlı cavabım eynidir. Əgər həmin namizədlər peşəkardırlarsa, niyə də hansısa vəzifəyə irəli çəkilməsinlər. Əsas məsələ professionallıqdır, qohumluq əlaqələri yox”.

MARAQLARIN TOQQUŞMASI

Beləliklə Filat demokratik cəmiyyətlərdə maraqların toqquşması kimi bir anlayışı deyəsən tamamilə yaddan çıxarıb.

Əgər bir qohum o biri qohumun tabeçiliyində işləyirsə, bu, dövlət maraqlarının şəxsi maraqlarla toqquşmasına gətirib çıxara bilir. Məsələn, əgər mərkəzi bankın rəhbəri bir səhv edirsə, dövlət büdcəsinə ziyan dəyirsə, prezident qohumluq əlaqələrinə görə, onu cəzalandırmayıb vəzifədə saxlaya bilər. Yüzlərlə belə situasiya təsəvvür etmək olar.

O ki qaldı paytaxt meri vəzifəsinə, burda qeyd eləmək yerinə düşər ki, iki qardaş oğlunun vəzifələri müxtəlifdir. Koreliu Gimpunun namizədliyi Mərkəzi Bankın rəhbəri vəzifəsinə irəli sürülüb – bu, icra orqanının rəhbəridir və prezidentin birbaşa tabeçiliyndədir.

Digər qardaş oğlu – Kişinyovun meri Dorin Xirtoaka isə bu vəzifəyə təyin edilməyb – paytaxt sakinləri tərəfindən seçilib.

Üstəlik də müxalifətin son seçkilərdəki qələbəsi daha çox qardaşoğlu merin xidməti sayıla bilər, nəinki əmi prezidentin.

Moldova müxalifəti hakimiyyətə Avropa dəyərlərini dəstəkləyərək gəlib
Moldova parlamentində tezliklə prezident seçkiləri gözlənilir. Ola bilsin ki prezident slahiyyətlərini icra edən Mixay Gimpu bu vəzifədə bundan sonra cəmi bir neçə həftə qala biləcək. Çünki Moldova müxalifətinin prezident seçmək üçün yetərincə mandatı yoxdur.

AVROPA BİRLİYİNƏ GEDƏN YOL...

2006-08-ci illərdə ATƏT-in Moldovadakı nümayəndəsi olmuş Lyüis Onil deyir ki, Gimpunun hərəkəti müxalifəti gözdən sala biləcək addımlardan sayıla bilər.

“Baxın, keçən həftə Tacikistan prezidenti Rahmonov özünün 32 yaşlı qızını xarici işlər nazirinin müavini təyin etdi. Bununla da Tacikistan - Özbəkistan, Qazaxıstan, Azərbaycan kimi prezidentin öz yaxın qohumlarını yüksək vəzifələrə təyin etdiyi ölkələr sırasına düşdü. Ailə ailədir, Moldova öz gələcəyini Avropa Birliyində görürsə, qanunun aliliyinə hörmət edib bu cür yolla getməməlidir”.
XS
SM
MD
LG