Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:42

Jurnalistin ailəsi deportasiya olunacağından narahatdır


Fikrət Fərəməzoğlu
Fikrət Fərəməzoğlu

Jam.az saytının həbsdə olan redaktoru Fikrət Fərəməzoğlunun xanımı Faiqə Nosreti Avropa Birliyinin Bakıdakı nümayəndəliyinin rəhbəri Malena Mard ilə görüşüb.

Hüquq müdafiəçisi Oktay Gülalıyev «Turan»a bildirib ki, F.Nosreti Bakıda səfərdə olan BMT İnsan Hüquqları Bürosunun əməkdaşı Cəmşid Qazıyevlə də görüşüb.

F.Nosreti deyib ki, həyat yoldaşı F.Fərəməzoğlu DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qalıb.

F.Nosreti İran Azərbaycanından olan mühacirdir. 2004-cü ildən Azərbaycan Respublikasında yaşayır. Ərinə qarşı işgəncələr barədə açıqlama verdikdən sonra Miqrasiya İdarəsindən ona telefon edərək yaşadığı yer, nə işlə məşğul olması haqda maraqlanıblar.

F.Nosreti bildirib ki, onun həyat yoldaşından etirafedici ifadələr almaq üçün BMCQMİ-də işgəncə veriblər və işgəncə altında apellyasiya şikayətindən imtina etməsini istəyiblər.

«Gənc qadın onu deportasiya təhlükəsinin gözlədiyini düşünür»,-deyə O.Gülalıyev qeyd edib.

DİN işgəncə iddiaları ilə bağlı, hələlik, münasibət bildirməyib.

F.Fərəməzoğlu bu ilin iyununda həbs edilib, ona qarşı hədə-qorxu ilə pul tələb etmə ittihamı irəli sürülüb.

Jam.az saytının baş redaktoru F. Fərəməzoğlu 10 il öncə də cinayət məsuliyyətinə cəlb olunub. O zaman «24 saat» qəzetinin baş redaktoru olan F.Fərəməzoğlu daxili işlər naziri Ramil Usubovun şərəf və ləyaqətin qorunmasına dair iddiası üzrə məhkəməyə çəkilmişdi. Məhkəmə jurnalisti şərti olaraq 1 il müddətinə azadlıqdan məhrum etmişdi.

XS
SM
MD
LG