Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:37

Bakıdakı fındıq zavodu satışa çıxarılıb


Bu zavodun Azərbaycan Beynəlxalq bankına borc məbləği açıqlanmır

«Bakı Fındıq Emalı» MMC-nin əmlakı Beynəlxalq Banka borcu üzündən hərraca çıxarılıb. Bakıxanov qəsəbəsində yerləşən müəssisəyə 37,7 milyon manat qiymət qoyulub.

Alıcı tapılarsa, banka olan kredit borcunun bağlanıb-bağlanmayacağı məlum deyil, çünki «Aqrarkredit» Bank Olmayan Kredit Təşkilatı «bank sirri»ni əsas gətirərək, şirkətin ABB-yə borc məbləğini açıqlamır.

Müəssisənin əmlakımin ton fındıq emal edə bilən avadanlıqla məhdudlaşmır. Hərraca çıxarılan əmlak arasında Xaçmaz, Qusar, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarındakı 1681 hektar torpaq sahəsi və 7 fındıq emalı sexi də var.«Aqrarkredit» QSC-nin əməkdaşı Şəmşir Qurbanov AzadlıqRadiosu-na deyib ki, bu emal müəssisələri işlək vəziyyətdədir və investor müəyyən vəsait yatırmaqla işi bərpa edə bilər.

«Azərbaycan Beynəlxalq Bankı» ASC-nian 2016-cı ilin yarımillik maliyyə hesabatına əsasən, «Aqrarkredit» QSC-nin idarəetməsinə 9 milyard 990 mliyon manat dəyərində problemli aktivlər verilib.

Bunların tərkibi haqdageniş məlumat verilmir. İctimaiyyətə təkcə 8 əmlak kompleksinin adı açıqlanıb. Bunların ikisi iyulun 14-də hərraca çıxarılsa da, alıcı tapılmayıb.

Şəkidəki ətemalı zavodunu 8,5 milyon manata, Novxanı qəsəbəsindəki şərab emalı zavodunu 6 milyon 150 min manata satmaq niyyəti baş tutmayıb.

XS
SM
MD
LG