Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 10:24

Rusiya Finlandiyaya qaz nəqlini dayandırır, Helsinki narahat deyil


Finlandiyanın dövlət Gasum şirkətinin baş direktoru Miki Vilyanen deyib ki, şirkət belə bir vəziyyətə hazır idi

Rusiya mayın 21-dən Finlandiyaya qazın ixracını dayandıracaq.

Bu barədə məlumatı mayın 20-də Finlandiyanın Gasum dövlət enerji şirkəti verib:

"Cümə günü, mayın 20-də “Gazprom export” MMC bizə mayın 21-də, səhər saat 4-dən etibarən Finlandiyaya təbii qazın nəqlinin dayandırılacağını bildirib”.

Gasum şirkətinin baş direktoru Miki Vilyanen deyib ki, şirkət belə bir vəziyyətə hazır idi.

Vilyanen izah edib ki, yay aylarında Finlandiyaya qaz Estoniyanın Balticconnector kəməri ilə veriləcək.

Şirkət rəhbərinin sözlərinə görə qaz yanacağının doldurulması məntəqələrində iş adi rejimdə davam etdiriləcək.

Gasum şirkəti mayın 17-də bildirmişdi ki, Rusiya qazı üçün ödənişləri Gazprom şirkətinin tələb etdiyi kimi rublla həyata keçirməyəcək.

Bu da xəbər verilirdi ki, Gasum şirkətinin Rusiya təchizatçısı ilə başqa problemləri də var.

Gasum kontrakt üzrə mübahisələrlə bağlı arbitraja müraciət edib.

Finlandiya artıq 45 il idi ki, Rusiyadan təbii qaz idxal edirdi.

2015-ci ilin dekabrında mövcud kontrakt 2031-ci ilin 31 dekabrınadək uzadılmışdı.

Finlandiya Rusiya qazından elə də asılı deyil

Rusiya prezidenti Vladimir Putinin sərəncamına uyğun olaraq Moskvanın nəzərində “dost olmayan” ölkələr qazpulunu yalnız rublla ödəməlidirlər.

Əslində isə söhbət bu məqsədlə Gazprombankda xüsusi ödəniş hesablarının açılmasından gedir.

Qaz müştərisi olan ölkələr əvvəllər olduğu kimi qaz üçün pulu avro və dollarla məhz Gazprombanka ödəməlidirilər.

Burada həmin valyutalar Moskvanın müəyyən etdiyi məzənnə ilə rubla çevrilir.

Putinin sərəncamında deyilirdi ki, qazpulunu rublla ödəməkdən imntina edən şirkət və ölkələrin təchizatı dayandırılacaq.

Gazprom ödənişləri rublla etməkdən imtina edən Polşa və Bolqarıstanın qazını kəsib.

Finlandiya onilliklər davam edən neytrallıq siyasətindən sonra NATO-ya üzvlük üçün müraciət edib.

Bu da qeyd olunur ki, təbii qaz Finlandiyanın enerji istehlakı balansında 6 faiz təşkil edir.

Bu səbəbdən də Finlandiya Rusiya qazının təchizatının dayandırılmasını başqa Avropopa ölkələri kimi ağrılı keçirməyəcvək.

XS
SM
MD
LG