Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 07:14

Ekspert: 'Sırf 'Formula-1'ə görə gələn turist çox azdır' [video]


"Formula 1" Azərbaycana nə qazandırır?
Gözlə

No media source currently available

0:00 0:15:00 0:00

"Formula-1" Azərbaycana nə qazandırır? [A-Live]

Sabah – iyunun 23-də Bakıda “Formula-1” yarışları başlayır. Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev deyir ki, 3 gün davam edəcək yarışları izləmək üçün ölkəyə xeyli turist gəlməsi gözlənilir. Nazir vurğulayıb ki, otellərdə yerlərin 95 faizi tutulub.

Biz də Bakıdakı bəzi otellərdə 23-25 iyun tarixlərində otaq sifarişlərinə baxdıq. Əksər otellərdə həmin tarixlərdə boş yerlər yoxdur. Özəlliklə, “Marriott”, “Excelsior” və digər bahalı otellərdə yerlər dolub. “Four Seasons” otelindən AzadlıqRadiosu-na bildiriblər ki, yerlərin hardasa 95 faizi tutulub.

Buna da bax:​ İdman nazirinin oğlu olsaydınız... [formula-1 araşdırması]

Bakıda suvenir satan Aydın Dəmirov ümid edir ki, yarışlar günü turistlərin sayı daha da artacaq. O bildirir ki, son günlər artım hiss olunur. Necə deyərlər turist nə qədər çox olsa, alveri də bir o qədər yaxşı olar:

“Qış mövsümünə baxanda yayda bir müddət turist sayında azalma oldu. Amma son günlər yenidən artım var. "Formula-1"ə görə də turist axını hiss olunur”.

Bakıda turizmlə məşğul olan Rəvan Qulamlı da turistlərin sayının artdığını təsdiqləyir. Amma o düşünür ki, bu artım “Formula-1”ə görə deyil:

Buna da bax: 'Formula-1' xəbərdarlığı

Turizm üzrə mütəxəssis Qulamlı Rəvan. (youtube screenshot)
Turizm üzrə mütəxəssis Qulamlı Rəvan. (youtube screenshot)

“Sırf “Formula-1”ə görə gələn turist çox azdır. Bizim özümüzə də 3-4 ay öncə iyun ayı üçün tur götürən xarici turist qrupları var. Amma onların heç biri heç “Formula-1” yarışları üçün biletlər belə almayıblar. Əsasən, Bakını və rayonları gəzmək istəyirlər”.

Rəvan Qulamlı deyir ki, tanıdığı digər turist agentliklərində də durum bənzərdir. Sırf "Formula-1" üçün Bakıya gələn turist elə də çox deyil.

Bəs, onda bu qədər otellərdəki yerləri tutanlar kimlərdir? İqtisadçı Natiq Cəfərli müşahidələrinə əsaslanaraq düşünür ki, Azərbaycan beynəlxalq yarışlara ev sahibliyi edərkən, ölkəyə həm də xarici qonaqlar dəvət edir, yarışmaçılar, komandaların üzvləri gəlir. Onların da əksəriyyəti bu otellərdə yerləşdirilir. Natiq Cəfərlinin sözlərinə görə, "Formula-1" kimi beynəlxalq yarışmalardan qazanan da elə otellər olur:

Buna da bax:​ Deputat: 'Dünyada bir milyard insan acdır, Oyun keçirilməsin?'

Natiq Cəfərli
Natiq Cəfərli

“Bu otellərin dolması və əldə olunan gəlir kifayət qədər yüksəkdir. Buradan dövlət büdcəsi ancaq otellərin ödədiyi vergilərdən qazanır. Amma əslində isə bu yarışlardan daha çox otellərin sahibləri qazanır”.

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya ilə Mübarizə Layihəsi – OCCRP 2015-ci ildə Azərbaycandakı otellərlə bağlı araşdırma edib.

Həmin araşdırmada deyilir ki, azı 10 brend otel prezident ailəsinə məxsusdur. Bu otellərdən 2-si “Marriott Absheron” və “Four seasons” “Pasha Holding”ə, “Excelissor” oteli “Ata Holding”ə məxsusdur. “Pasha Holding”in 5 yeni otelini isə “Abşeron otel qrup” idarə edir.

Buna da bax:​ Son 5 ildə Azərbaycan yarış və şoulara nə qədər pul xərcləyib? [video]

Araşdırmada azı beş otel ətrafında qalmaqalların yaşandığı yada salınır. Belə ki, «Four Seasons» şəhərin tarixi hissəsində, «Marriott» Azadlıq meydanında tikilib, əvvəllər Həmkarlar İttifaqına məxsus olub. 2006-cı ildə bazar qiymətindən ucuz “Pasha Holding”ə satılıb.

Bütün bu deyilənlərə prezident administrasiyasından, Daşınmaz Əmlakın Dövlət reyestri xidmətindən cavab almaq mümkün olmayıb. Araşdırma müəlliflərinin bu dövlət qurumlarına dəfələrlə göndərdikləri sorğular cavabsız qalıb.

Real Vətəndaş Hərəkatının icra katibi Natiq Cəfərli deyir ki, bu otellərin ölkənin birinci ailəsinə məxsusluğu kimsəyə sirr deyil.

Buna da bax: ''Formula-1' yarışlarından sonra manat yenidən ucuzlaşa bilər'

Bəs, "Formula-1" yarışlarının Azərbaycana faydası nədir? Sualı Bakı sakinlərinə verib, onların da fikirlərini öyrənmişik.

"Sizcə, 'Formula-1' yarışlarının Azərbaycana nə faydası var?" [video-sorğu]
Gözlə

No media source currently available

0:00 0:01:18 0:00

Hələki, "Formula-1" (2017) yarışlarına çəkilən xərclər, ölkəyə gələn turistlər haqda rəsmi məlumat yoxdur. Amma 2016-cı ildə nazir Azad Rəhimov demişdi ki, yarışları izləmək üçün ölkəyə 10-15 min turist gəlib, 2 milyon bilet satılıb.

XS
SM
MD
LG