Keçid linkləri

2024, 01 Noyabr, Cümə, Bakı vaxtı 09:35

Fransa Ukraynaya 'Miraj' döyüş təyyarələri verəcək


Miraj qırıcı təyyarəsi
Miraj qırıcı təyyarəsi

Fransa Ukraynaya Miraj 2000-5 qırıcıları verəcək. Bunu iyunun 6-da prezident Emmanuel Makron bəyan edib.

Onun sözlərinə görə Fransa habelə 4500 Ukrayna hərbçisinin təlimləri proqramına başlayacaq.

Makron Ukrayna pilotlarının Fransada hazırlanmasını Kiyev və Paris arasıında hərbi əməkdaşlığın yeni mərhələsi adlandırıb.

TF1 və France 2 telekanallarına müsahibəsində Emmanuel Makron vurğulayıb ki, bu döyüş təyyarələri “Ukraynaya öz torpağını və hava məkanını” qorumaq imkanı verəcək.

Bununla belə prezident Ukraynaya neçə qırıcının veriləcəyini açıqlamayıb.

“Bu mövzuya tabu ola bilməz”

Fransa hərbi müşavirlərinin Ukraynaya göndərilməsi mümkünlüyünə dair suala cavab verən Makron qeyd edib ki, “bu mövzuya heç bir tabu qoyula bilməz”:

"Ukrayna torpağı suverendir. Söhbət Ukraynanın çətinliklərlə üzləşdiyi bir vaxtda döyüş əməliyyatları zonasında təlimlərin keçirilməsindən getmir, amma biz bu suala, əvvəllər dəfələrlə etdiymiz kimi cavab verməliyik”.

Miraj 2000 bir reaktiv mühərriki olan çoxməqsədli qırıcıdır və 4-cü nəsil hərbi texnikası kimi təsnif olunur.

Təlimlər çoxdan başlanıb?

Emmanuel Makron habelə iyunun 6-da müttəfiqlərin Normandiyaya desant çıxarmasının 80-ci ildönümü mərasimlərində iştirak edib.

Bu münasibətlə başqa dünya liderləri kimi Fransaya Ukrayna prezidenti olodimir Zelenski də gəlib.

İyunun 7-də Parisdə Makron və Zelenski arasında danışıqlar olmalıdır.

Rusiyanın Kommersant qəzeti sentyabr ayında yazmışdı ki, Ukrayna pilotlarının Fransada təlimlərinə ötən ilin martından başlanıb.

Qəzet qeyd edirdi ki, bu prosesə fevral ayında Volodimir Zelenskinin Parisə səfərindən sonra start verilib.

O vaxt Makron demişdi ki, qırıcılarla təchizat Ukraynanın ehtiyaclarına uyğun deyil.

Amma prezident əlavə etmişdi ki, “mütləq qaydada heç nəyi istisna etmir”.

XS
SM
MD
LG