Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:40

Fuad Əhmədli həbsdə qaldı


Fuad Əhmədli
Fuad Əhmədli

-

Avqustun 24-ü Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) fəalı Fuad Əhmədlinin həbsindən verilmiş apellyasiya şikayətinə baxılıb.

Bakı Apellyasiya Məhkəməsi onu azadlığa buraxmayıb.

Azadlıq.info saytının xəbərinə görə, bu haqda onun vəkili Əsabəli Mustafayev bilgi verib.

Səbail Rayon Məhkəməsi avqustun 18-də F.Əhmədli barəsində 3 aylıq həbs qətimkan tədbiri seçmişdi.

Vəkil Əsabəli Mustafayev qərardan narazı olduqlarını, Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəklərini deyib.

Ə.Mustafayev həmçinin, Fuad Əhmədli ilə konfidensial görüşməsinə imkan verilmədiyini bildirib.

Buna da bax: Azərbaycanda cəbhəçilərin üzü gülmür...

“Fuad Əhmədli, hələ də, Dövlət Təhlükəsizlik Xidmətinin təcridxanasında saxlanılır. Bu iş prokurorluqda başlanan işlə birləşdiyindən Fuad Əhmədlinin Bakı İstintaq Təcridxanasına köçürülməsi təmin edilməlidir”, deyən vəkil bununla bağlı məhkəməyə əlavə şikayət veriləcəyini bildirib.

F. Əhmədli avqustun 18-də saxlanıb. Ona CM-nin 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.

Bu həbslə əlaqədar DTX və Baş Prokurorluq birgə məlumat yaymışdılar. Məlumatda qeyd edilirdi ki, "Azerfon" MMC-də "Zənglər mərkəzi "ndə operator vəzifəsində işləyən Fuad Əhmədli abunəçilərə aid fərdi məlumatları və antenalar üzrə olduqları yerləri müəyyən adamlara ötürüb. İddiaya görə, onun yaşadığı evdən axtarış zamanı qanunvericiliklə qadağan edilmiş dini ədəbiyyat, CD disklər, Fethullah Gülen-in çıxışları , "Hizmet imam"ları adlandırılan şəxslər və onların qarşılıqlı əlaqələrinə dair sənədlər götürülüb.

Fuad Əhmədlinin yaxınları isə evdən Fethullah Gülen-ə aid kitab və sənədlərin götürülməsi barədə deyilənlərin yalan olduğunu bildirir.

AXCP isə bəyan edib ki, Fuad Əhmədliyə irəli sürülən ittihamlar yalan və quramadır. Bunda məqsəd partiya və onun lideri Əli Kərimlini hədəf almaqdır.

Buna da bax: ‘FETÖ’çuların Azərbaycandakı tərəfdarlarının hamısı üzə çıxarılacaq’

XS
SM
MD
LG