Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:07

Fuad Əhmədli: 'Susmadım, savaşdım, şərləndim və girovam!' [video]


AXCP fəalı Fuad Əhmədli 4 il azadlıqdan məhrum edildi
Gözlə

No media source currently available

0:00 0:01:17 0:00

AXCP fəalı Fuad Əhmədli 4 il azadlıqdan məhrum edildi [video]

AXCP Gənclər Komitəsinin üzvü Fuad Əhmədli 4 il azadlıqdan məhrum edilib. İyunun 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində Fikrət Qəribovun sədrlik etdiyi hakimlər kollegiyası bu haqda hökm çıxarıb.

Hökmdən əvvəl F.Əhmədli məhkəmədə son sözünü deyib. Çıxışına qarşıdan gələn Ramazan bayramı münasibəti ilə təbriklə başlayan gənc fəal Azərbaycan xalqına həqiqi respublikada yaşamağı arzulayıb.

Özü haqqında cinayət işinə gəlincə, F.Əhmədli deyir ki, bu dəfə zərrə qədər də olsa, məhkəmələrin bir nəfəri, onun şəxsi istəklərini yox, dövlətinin maraqlarını müdafiə edəcəyinə inanmaq istədi. Amma bu dəfə də olmadı.

«BU CÜR RƏZİL İŞ TUTMAĞA RAZILAŞMAZDIM»

Məhkəməsini «satirik tamaşa» adlandıran gənc fəal həbsinin səbəbini bir cümlə ilə belə izah edib: «Susmadım, savaşdım, şərləndim və girovam!».

«Özümdən daha çox son aylarda «cənab hakim» və «cənab prokuror» titulları fonunda məhz sizin düşdüyünüz duruma acıyıram. Ən qatı düşmənimə belə, arzulamıram bu durumu. Vaxtilə millətimizin müstəqillik savaşına açıq düşmənçilik edən general Yazov, Şerbakov, Şaumyan, Əlikram Bayramov kimilər şanlı tariximizin arzuolunmaz və qaranlıq səhifələrində mənfi obrazlar olaraq səciyyələndirildiyi kimi, siz də tarixdə bu cür qalacaqsınız. Amma şəxsən mən, sifarişçi kim olursa olsun, sifariş nə olursa olsun, bu cür rəzil bir iş tutmağa razı olmazdım», – F.Əhmədli hakimlərə müraciətində belə deyib.

«QƏZAN MÜBARƏK» DEMƏYİN

Özünə və ailəsinə dəstəyə görə əqidə yoldaşlarına təşəkkür edən F.Əhmədlinin bir xahişi də olub:

Fuad Əhmədli: 'Heç bir cinayət törətməmişəm'
Gözlə

No media source currently available

0:00 0:02:09 0:00

«Kimsə mənə və ya ailəmə «Qəzan mübarək, bəy» tipli xitablar müraciət etməsin. Çünki mən qəzamı deyil, istiqlal davasının nisbətən çətin mərhələsini yaşadığımı düşünürəm. Mənim əsl qəzam Seymur Həzi, Taleh Bağırzadə, Gözəl Bayramlı, Faiq Əmirli, İlkin Rüstəmzadə, Fuad Qəhrəmanlı, Asif Yusifli, Məmməd İbrahim, İlqar Məmmədov, Bayram, Qiyas kimi cəsur insanlar əsir götürülərkən yaşanıb. Bu dəfə isə, olsa-olsa, qarşı düşərgənin çılpaqcasına qorxu nümayişindən daha artıq deyil».

F.Əhmədli hesab edir ki, «Qurtuluş günü» ərəfəsində illərin məhbəsinə məhkum edilməsi hakimiyyətin özünüifşa sənətinin təntənəsidir.

«Kiçik tədbirlərdə və virtualda üzrlü səbəbdən gec-gec görünəcəyimi nəzərə almasaq, əmin ola bilərsiniz ki, yanınızdayam. Hədəfimiz də, səngərimiz də, mübarizə yolumuz da, məqsədimiz də birdir, dəyişməzdir. Bir Fuad gedər, yerinə mini gələr. Yaşasın hürriyyət aşiqləri! Yaşasın istiqlaliyyət davamız! Yaşasın doğma respublikamız -Azərbaycan!», – F.Əhmədli son sözünü yekunlaşdırıb.

İTTİHAMDA DƏYİŞİKLİK

Təxminən on dəqiqəlik müşavirədən sonra hakimlər kollegiyası hökmü elan edib. Hakimlər belə nəticəyə gəlib ki, F.Əhmədli operator işlədiyi «Azerfon» şirkətində (Nar Mobile) bir neçə müştəri haqqında məlumatı başqalarına ötürüb, amma onun əməli ağır nəticəyə səbəb olmayıb. Ona görə də, F.Əhmədliyə CM-nin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddəsi ilə verilən ittiham 308.1-ə tövsif olunub. Hakim bildirib ki, gənc olması, ilk məhkumluğu da yüngülləşdirici hal kimi nəzərə alınıb.

F.Əhmədlinin vəkili Əsabəli Mustafayev AzadlıqRadiosuna hökmün ədalətsiz və qanunsuz olduğunu bildirib. Vəkil hökmdən apellyasiya şikayəti verəcək:

«Fuad Əhmədliyə qarşı ittiham saxtadır və sübuta yetirilmədi. Ona bəraət verilməlidir. Bu istiqamətdə hüquqi müstəvidə mübarizəmizi davam etdirəcəyik».

F.Əhmədlinin anası Qənimət Əhmədova da oğlunun günahsız olduğunu bildirib:

«Mən fəxr edirəm ki, Fuad kimi oğulun anasıyam».

XS
SM
MD
LG