Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:48

AFFA prezidenti: 'Klubları yarıyolda qoyurlar…'


Rövnəq Abdullayev
Rövnəq Abdullayev

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) yeni bir fond yaradıb.

«Report»un xəbərinə görə, AFFA prezidenti Rövnəq Abdullayev bunu avqustun 29-da keçirilən iclasdan sonrakı brifinqdə bildirib.

R.Abdullayev fondun yaradılmasının səbəbini belə izah edib: «Biz klublara az-çox kömək edirik, ancaq AFFA-nın bunu etməsi düz alınmır. Ona görə də şəffaf şəkildə belə bir fond yaratmağı qərara aldıq. Bu, AFFA-nın təsisçiliyi ilə yaranıb. Düşündük ki, klublar istədiyi maddi köməyi bu fonda edə bilərlər. Məqsəd odur ki, sponsorlardan gələn pullar, gəlirlər fonda toplansın və onun bölüşdürülməsi şəffaf şəkildə həyata keçirilsin».

R.Abdullayevin fikrincə, bu proses optimallaşmaya imkan verəcək: «Sponsorlar tapan kimi dərhal Premyer Liqada oynamaq istəyirlər. Hələ bir I Diviziondan başlasınlar. Çox vaxt futboldan kənar adamlar futbolla özlərini reklam etmək istəyirlər, klubları yarıyolda qoyub gedirlər. Gəlib lisenziya alsınlar, maddi məsələlərlə bağlı bank təminatı göstərsinlər, sonra çempionatda çıxış etsinlər».

AFFA İcraiyyə Komitəsinin avqustun 29-da keçirilən toplantısında danışılmış oyunlara qarşı birgə bəyannamə də imzalanıb.

XS
SM
MD
LG