Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 01:52

Gürcüstan müxalifəti tələb edir


Giorgi Rurua
Giorgi Rurua

Gürcüstanda Tbilisi məhkəməsi müxalifət liderlərindən Giorgi Rurua barəsində məhkəməyə qədər həbs qətimkan tədbiri barədə qərar çıxarıb.

Bu hadisə ölkədə beynəlxalq vasitəçilərin dəstəyi ilə əldə olunmuş iqtidar-müxalifət seçki memorandumunu təhlükə altında qoyur.

Qərb ölkələrinin vasitəçiliyi ilə əldə olunmuş razılaşmaya görə ölkədə oktyabrda keçiriləcək parlament seçkisindən əvvəl seçki islahatlatları həyata keçirilməliydi.

Məhz buna görə də məhkəmənin 18 may qərarı müxalifətin qızğın hiddətinə səbəb olub. Müxalifət və Rurua məhkəmə qərarının siyasi motivli olduğunu bildirirlər.

Sözü gedən razılaşma əsasında mayın 15-də həbsdən azad edilmiş müxalifətçi, Avropa Gürcüstan Azadlıq Hərəkatının lideri Gigi Ugulava deyib ki, Rurua həbsdə olduğu müddətdə sözü gedən memorandum icra oluna bilməz.

Prezident Salome Zurabishvili Ugulava ilə birlikdə həm də keçmiş müdafiə naziri Irakli Okruashvili-ni həbsdən azad etmişdi.

Xanım Zurabishvili demişdi ki, əvf etdiyi şəxsləri “siyasi məhbus” hesab etmir, amma iqtidar-müxalifət razılaşmasını xilas etmək məqsədilə sözü gedən şəxsləri azad edib.

Müxalif\tin yeni ultimatunu

Müxalif Birləşmiş Milli Hərəkat partiyasının üzvlərindən Salome Samadashvili deyib ki, “Rurua həbsdə qaldıqca hakim Gürcü Arzusu partiyası ilə heç bir razılaşmadan söhbət gedə bilməz”.

Müxalifətə bağlı Mtavari Arkhi TV telekanalının təsisçisi və əsas səhmçisi olan Rurua noyabrın 18-də həbs olunub və ona qarşı qanunsuz silah saxlamaq ittihamı irəli sürülüb.

Müxalifət israr edir ki, Ruruaya qarşı ittiham siyasi mahiyyət daşıyır.

Prezident Zurabishvili mayın 15-də keçmiş Tbilisi meri Ugulavanı və keçmiş müdafiə naziri Iraklı Okruashvili-ni əfv etdikdən sonra bir çoxları düşünürdülər ki, Rurua da əfv ediləcək.

Gürcüstan müxalifəti bildirir ki, siyasi məhbusların azad edilməsi 8 mart iqtidar-müxalifət razılaşmasının əsas şərtlərindən biridir.

XS
SM
MD
LG