Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 02:42

G7 1 milyard doza vaksin ianə edəcək


Arxiv fotosu
Arxiv fotosu

ABŞ-ın bir neçə media orqanının yazmasına görə, Bayden açıqlamanı iyunun 10-da verəcək

Birləşmiş Ştatlar növbəti iki il ərzində 100-dək ölkəyə COVID-19-a qarşı 500 milyon doza Pfizer vaksini ianə etməyi planlaşdırır. Böyük Yeddilik (G7) liderləri bu həftə bir araya gələrək pandemiyadan çıxış yolunu müzakirə edəcəklər.

ABŞ-ın bir neçə media orqanının yazmasına görə, Bayden açıqlamanı iyunun 10-da verəcək. G7 sammiti bu həftə İngiltərədə başlamalıdır.

Bu il 200, gələn il 300 milyon doza

“Bloomberg News”un gördüyü kommunikeyə görə, G7 gələn il ərzində az inkişaf etmiş ölkələrə 1 milyard əlavə vaksin dozası verməyə boyun olacaq.

Birləşmiş Ştatlar və Avropanın böyük hissəsi vaksinasiyada sürətlə irəli gedir. Bir çox ölkələr isə pandemiyanı cilovlamaq, məhdud vaksin təchizatına çıxış əldə etmək üçün çarpışırlar.

ABŞ hökumətinə yaxın şəxslərin mediaya deməsinə görə, 100 milyon nəfərə yetəcək 200 milyon doza bu il, 300 milyon doza isə 2022-ci ilin birinci yarısında ianə ediləcək.

Pfizen dozaları Birləşmiş Ştatlara “gəlir gətirməyən” qiymətə satacaq, mənbələr deyib.

İanələr beynəlxalq COVAX vaksin sxemi vasitəsilə paylanacaq. Bu sxem az və orta gəlirli ölkələrə COVID-19 vaksinlərin paylanmasını nəzərdə tutur.

Bayden administrasiyası daha öncə bildirmişdi ki, artıq qalmış 80 milyon vaksin dozasını bu ayın sonunadək dünya ilə paylaşacaq.

Vaksin uçurumu

Dünya Səhiyyə Təşkilatı dəfələrlə zəngi dövlətləri inkişaf etməkdə olan ölkələrdə vaksin uçurumunu qapatmağa çağırıb. Əks halda virusun ştammları çoxalır və bu da daha çox ölümlə nəticələnə bilər.

Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristalina Georgiyeva xəbərdarlıq edib ki, vaksinlərə çıxış məsələsi yalnız sağlamlığa deyil, iqtisadiyyata bağlıdır.

“Çox narahatıq, çünki pandemiyanın getdikcə daha çox iki cığıra ayrılması ikicığırlı iqtisadi dirçəlişə səbəb olur və bunun da bütün ölkələr üçün mənfi nəticələri var”, – o vurğulayıb.

G7 liderləri qlobal vaksin strategiyası ilə yanaşı səyahətin yenidən açılması, dünya iqtisadiyyatına təkan verilməsinin yollarını da müzakirə edəcəklər.

İyunun 10-da Baydenlə Britaniyanın Baş naziri Boris Consonun görüşündə transatlantik səyahətin bərpasından ötrü yeni birgə səyahət işçi qrupu elan olunacaq.

XS
SM
MD
LG