Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 21:10

Prezidentin fərmanı "havada qalıb"


Illüstrasiya. Azərbaycan əsgərləri Şuşada, 1992
Illüstrasiya. Azərbaycan əsgərləri Şuşada, 1992

►“Belə çıxır ki, prezidentin o fərmanı bizim kimi ailələri yola vermək üçün imiş…

Prezidentin fərmanı müzakirə olunmaz, fərman verildisə, sözsüz yerinə yetirilməlidir. Ancaq şəxsən mən bu fərmanın xalqa xeyrini görmədim. Düz iki ildir ki, ailəmizə düşən sığortanı ala bilmirik”.

Ailə üzvü Qarabağ müharibəsində həlak olmuş Ələsgər Ələsgərov Dövlət Sığorta Şirkətindən şikayətlənir. Deyir, prezidentin fərmanına uyğun olaraq yaxını həlak olmuş ailə kimi onlara 11 min manat məbləğində sığorta pulu ödənilməlidir. Ancaq 2 ildən artıqdır ki, bu pulu ala bilmirlər.

Ələsgər Ələsgərov Dövlət Sığorta Şirkətinə get-gəl zamanı burada eyni məsələdən şikayətçi ailələrlə tanış olub. Sözü bir yerə qoyub məhkəməyə də müraciət ediblər:

“Məhkəmə də ayrı-ayrılıqda hər iddiaçı üçün həmin sığortanın ödənilməsi ilə bağlı qətnamələr çıxartdı. İndi şirkət qətnamələri icra etmir. Dövlətin adından çıxan qətnaməni saymır. Gedirik şirkətə, bizə deyirlər ki, “dövlət bu sığorta pullarının ödənilməsi üçün pul ayırmayıb. Ona görə də sizə ödəniş edə bilməyəcəyik””.

Digər şikayətçi Zəkiyyə Babayeva:

“Hara müraciət ediriksə, bütün şikayətlərimizi Dövlət Sığorta Şirkətinə yollayırlar. Oradan da bizə bircə bunu deyirlər ki, “pul yoxdur. Nə vaxt dövlət pul ayırar, siz də sığorta pullarınızı alarsınız””.

Buna da bax: Azərbaycanda yenə devalvasiya gözlənir- AİB

ÖDƏNİŞ MEXANİZMİ YOXMUŞ

Şikayətçilər deyir, şirkətin bu hərəkəti qarşısında özlərini aşağılanmış hiss edirlər:

“Dövlət Sığorta Şirkətinin qarşısından keçən sıradan biri deyilik ki, şirkətin binasına girib pul dilənək. Prezidentin göstərişi var, qanun var, məhkəmə qətnamələri var... Zəhmət çəkib icra etsinlər. Məgər bu qərarı bizi qapılarında saxlamaq üçün vermişdilər? Şəxsən mənim oğlum müharibədə həlak olub. O sığorta pulunu da övladının təhsili üçün nəzərdə tutmuşam”.

Dövlət Sığorta Şirkəti isə ailələrə gözləməyi məsləhət görür. Şirkətdən bildiriblər ki, ortada qətnamələr olsa da, icrası üçün mexanizm yoxdur, bu ödənişlərə büdcədən pul ayrılmayıb. Ona görə də 2 il əvvəl Ali Məhkəmə Konstitusiya Məhkəməsinə müraciət edib. Konstitusiya Məhkəməsi də bu ilin əvvəlində Milli Məclisə müraciət edib ki, belə ödənişlərin verilməsi mexanizmi müəyyənləşdirilsin.

XS
SM
MD
LG