Sentyabrın 17-də axşam saatlarında Avropa Liqasının qrup mərhələsinin ilk turunda Azərbaycanın “Qarabağ” komandası Londonda «Tottenham» klubu ilə qarşılaşıb.
Şimali Londondakı Uayt Hart Leyn stadionunda keçirilən matçda ev sahibləri 3-1 hesabı ilə qalib gəliblər.
Hesabı oyunun altıncı dəqiqəsində “Qarabağ” klubundan Richard Almeida on bir metrlik cərimə zərbəsi ilə açıb.
Lakin sonrakı dəqiqələrdə ev sahibləri özlərinə gələ biliblər. Azərbaycan komandasının üstünlüyü 20 dəqiqə çəkib.
Bundan sonra “Tottenham”ın 22 milyon funt sterlinqə aldığı Cənubi koreyalı Son Heung-min hesabı bərabərləşdirib.
“Tottenham”ın tərkibində ilk matçını oynayan Son ikinci qola da müəlliflik edib. Üçüncü qolu oyunun bitməsinə az qalmış topu qapıçının üstündən atan argentinalı Erik Lamela vurub.