Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 04:52

Gediş haqqının artırılması gözlənilirmi?


Bakıda avtobus sərnişinlərinin bu dərdinə kim çarə qılacaq?
Gözlə

No media source currently available

0:00 0:02:50 0:00

Bakıda avtobus sərnişinlərinin bu dərdinə kim çarə qılacaq? (2018)

Azərbaycanda daşıyıcı şirkətlərin sürətlə müflisləşdiyi ilə bağlı şikayətlər eşidilir. Hətta son günlər bəzi media orqanlarında onlardan bəzilərinin müasir nəqliyyat vasitələrinin bir hissəsini satışa çıxarmaları ilə bağlı iddialar da səsləndirilir.

Hələ bir müddət öncə 19 sərnişindaşıma şirkətinin nümayəndələri Tarif Şurasına, İqtisadiyyat Nazirliyinə və Bakı Şəhər İcra Hakimiyyətinə avtobuslarda gediş haqqının artırılması ilə bağlı müraciət ünvanlamışdılar. Müraciətdə ictimai nəqliyyatda mövcud olan vahid tarif siyasəti ilə ölkədə və dünyadakı bazar reallıqları arasında kəskin fərqlər yarandığı bildirilmişdi: "…Hal-hazırda sərnişindaşımada mövcud olan gediş haqqı (30 qəpik) nəinki investisiya layihələri, hətta əməliyyat xərclərinin qarşılanması üçün yetərli deyil. Mövcud tarif daşıyıcı şirkətləri ciddi maliyyə itkiləri ilə üz-üzə qoyub, borclanmanı daha da artırıb".

Bakı sakini ödəniş terminallı dayanacaq üçün 3-6 km arası məsafə getməlidir
Gözlə

No media source currently available

0:00 0:05:26 0:00

"700-dən artıq avtobus xidmət göstərə bilmir"

Qeyd olunmuşdu ki, yaranmış şəraitlə əlaqədar şirkətlərin parklarında 700-dən artıq avtobus sərnişinlərə xidmət göstərə bilmir.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu ilin beş ayında ölkəyə ümumi dəyəri 43 milyon 849 min dollar olan 292 avtobus gətirilib. Bir avtobusun orta qiyməti 150 min dollar ətrafında dəyişib.

2021-ci ilin ilk beş ayında isə ölkəyə ümumi dəyəri 4 milyon 625 min dollar cəmi 51 avtobus gətirilmişdi. Bir avtobusun orta qiyməti 90.7 min dollar təşkil edib. Beləliklə, bir avtobusun qiyməti 59.3 min dollar artıb.

Avtobuslarda basabas nə vaxt bitəcək?
Gözlə

No media source currently available

0:00 0:03:01 0:00

Bakı Nəqliyyat Agentliyindən "Turan"a bildirilib ki, qurum gediş haqqının artırılması ilə bağlı Tarif Şurasına müraciət etməyib. Hazırda bu məsələnin Tarif Şurasının gündəmində olub-olmadığını isə qurumdan, hələlik, öyrənmək mümkün olmayıb.

"Müraciət cavabsız qalıb"

"Xaliq Faiqoğlu" şirkətinin mətbuat katibi Nizam Rzayev də "Turan"a deyib ki, şirkət mülkiyyətində olan 423 nəqliyyat vasitəsindən 191 ədəd "Daewoo" markalı avtobusun satılması planlaşdırılır: "30 qəpik gediş haqqı ilə müasir standartlara uyğun şəkildə sərnişindaşıma xidməti göstərmək çox çətindir... İctimai nəqliyyata hər hansı dəstək yoxdur, bu istiqamətdə heç bir addım atılmayıb. Daşıyıcı şirkətlərin dövlət qurumlarına kollektiv müraciətləri də cavabsız qalıb".

N.Cəfərli
N.Cəfərli

İqtisadçı Natiq Cəfərli AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda, o cümlədən paytaxt Bakı şəhərinin nəqliyyat sisteminə yenidən baxışa ehtiyac var: "Həm respublika üzrə vahid kart sisteminin tətbiqinə, həm dövlət və özəl sektor münasibətlərinə".

"Avtobusların əksəriyyəti dövlət hesabına alınır…"

Onun sözlərinə görə, Bakıda çalışan avtobusların böyük əksəriyyəti dövlət hesabına alınır deyə, bu avtobusların qiyməti gediş haqqına təsir etmir: "Özəl sektorda bir az fərqlidir. Amma özəl sektorla dövlət müəssisələri arasında münasibət, ümumiyyətlə, tariflərin müəyyənləşdirilməsi, maya dəyərinin hesablanması ilə bağlı şəffaf araşdırmaya ehtiyac var ki, bir sərnişinin daşınması neçəyə başa gəlir?".

İqtisadçı deyir ki, indi qiymət artımından danışılır, amma xidmət keyfiyyətinin və insanların məmnunluğunun artırılmasından danışan yoxdur: "Dövlətin maliyyələşdirdiyi nəqliyyat sistemində maya dəyəri ilə özəl nəqliyyat sektorundakı maya dəyəri arasında fərq var və bu da ciddi şəkildə araşdırılmalıdır. Bundan sonra vahid tariflərin müəyyənləşdirilməsi mümkün ola bilər".

XS
SM
MD
LG