Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 05:30

Gəncədə 160 evin sökülməsinə başlanıb (VİDEO)


Gəncədə 160 evin sökülməsinə başlanıb
Gözlə

No media source currently available

0:00 0:00:41 0:00

Gəncədə 160 evin sökülməsinə başlanıb

►Gəncə şəhər icra hakimiyyəti söküntünü bəndçəkmə işləri ilə əlaqələndirib

“Səhər sübhdən daraşıblar evlərə, deyirlər, “əşyalarınızı götürün, çıxın”. Texnika da qapıda dayanıb. Səbəb deyən yoxdur, bu evlər niyə sökülür?”

“NƏ EV VERİRLƏR, NƏ KOMPENSASİYA”

Gəncənin Həsən Əliyev küçəsində yaşayan Hənifə Əliyeva AzadlıqRadiosunun “Qaynar xətt”inə danışır ki, avqustun 10-da səhər saatlarında məhəlləyə gələn yerli icra hakimiyyətinin işçiləri sakinlərdən evlərdən çıxmağı tələb ediblər.

Onlarla bərabər gələn fəhlələrsə ağır texnikalarla evlərin söküntüsünə başlayıblar. Sakinlərin deməsinə görə, günortayadək 6 ev sökülüb və hazırda söküntü prosesi davam edir:

“Narazılığımız ondandır ki, əvvəla adamlara əvvəlcədən xəbərdarlıq olunmayıb. Əşyalarımızı çıxara bilmirik. Çünki daşımağa yerimiz-yurdumuz yoxdur. İkincisi, çıxdıq, bax, bu gecə hara sığınaq? Nə ev verirlər, nə kompensasiya... Heç adını da tutan yoxdur. İcra başçısına, müavinlərinə, ümumiyyətlə, yaxın düşə bilmirik ki, görək, evlərimiz niyə sökülür, aqibətimiz necə olacaq?”

Buna da bax: 'Kürün bəndləri həyətimizdən keçir'

TƏZƏGƏLİNİN CEHİZLƏRİ AYAQ ALTINDA QALIB

Hənifə Əliyeva deyir, bir evdə üç ailə yaşayır. İcra hakimiyyəti ailələrə mənzil də kirayələməyib.

Eyni küçədə yaşayan Pakizə Həsənovanın sözlərinə görə, əşyalarını çölə töküblər, hara gedəcəyini bilmir:

“Səhərin gözü açılandan traktoru qatıblar qabaqlarına, bala, sökə-sökə gedirlər. Bir azdan növbə mənim evimə çatacaq. Bütün ev əşyalarım çöldədir. Təzəgəlinin cehizləri ayaq altında qalıb. Hara daşıyaq, bilmirik”.

Buna da bax: Köçkünlər evlərini satışa çıxarıb...

160 EV VƏ OBYEKT SÖKÜLƏCƏK

Sakinlərə qaranlıq qalan məsələlərə Gəncə şəhər icra hakimiyyətindən aydınlıq gətirilib. Qurumdan “Qaynar xətt”ə bildirilib ki, Gəncəçaydakı daşqınların ətrafa vurduğu zərərin qarşısını almaqdan ötrü bəndtikmə işlərinə başlanılıb. 160 civarında yaşayış evi və obyekt söküntü layihəsinə düşüb. Sakinlərlə danışıqlar aparılıb və onlara kirayə haqqı ödənilmək şərtilə mənzillər kirayələməkləri təklif olunub. Yaxın vaxtlarda isə söküntüyə düşmüş evlərə görə kompensasiya ödəniləcək. Kompensasiyanın məbləği açıqlanmayıb.

Ancaq sakinlər yerli icra hakimiyyətinin işə bu cür qol qoymasını pisləyirlər. Məsələn, Hənifə Əliyeva deyir, yaxşı olardı ki, qurum özü ailələr üçün mənzillər kirayələyəydi və kirayəhaqqını da əvvəlcədən ödəyəydi.

“BƏLKƏ QANE OLMAYACAQ?”

Hüquqşünas Vaqif Alıyev deyir, qanunvericiliyə görə, söküləcək evlərə görə kompensasiya hələ evlər sökülməmişdən öncə müəyyən edilməlidir:

“Bəlkə 2 ay kirayəhaqqı verdi, sonra dedi ki, “pul yoxdur”. Ümumiyyətlə, anlaşılmayan odur ki, söküntüyə düşən evə görə niyə kompensasiya əvvəldən verilmir. Bəlkə sabah evi sökülən sakin təklif edilən kompensasiyaya qane olmayacaq. Qanunvericiliyə görə, kompensasiyanın şərtləri, məbləği vətəndaşa hələ evi sökülməmişdən açıqlanmalı və rəsmiləşdirilməlidir. Bu günkü durumda sakinlər məhkəməyə müraciət etməlidilər”.

XS
SM
MD
LG