Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 09:06

Gorus-Qafan yolunun açıldığı xəbər verilir


Arxiv fotosu
Arxiv fotosu

Ermənistan MTX-nin bu barədə məlumatında deyilir ki, “Gorus-Qafan dövlətlərarası magistral yolu nəqliyyatın bütün növlərinin və vətəndaşların hərəkəti üçün açılıb”

AzadlıqRadiosunun Erməni xidməti - Azatutyun Ermənistan Milli Təhlükəsizlik Xidmətinə (MTX) istinadən xəbər verir ki, avqustun 27-də Gorus-Qafan beynəlxalq magistralının avqustun 25-dən bağlı olan Gorus-Vorotan (Bərgüşad-red) və Şurnuxu-Karmrakar sektorları açılıb.

Ermənistan MTX-nin bu barədə məlumatında deyilir ki, “Gorus-Qafan dövlətlərarası magistral yolu nəqliyyatın bütün növlərinin və vətəndaşların hərəkəti üçün açılıb”.

Bu yaxınlarda Ermənistan MTX bildirmişdi ki, Azərbaycan tərəfi avqustun 25-də saat 23:00-dan Sünikdə Qafan-Gorus yolunun Karmrakar-Şurnuxu hissəsini bağlayıb.

Erməni tərəfi bildirirdi ki, bunun nəticəsində blokada vəziyyətində qalmış Ermənistan avtomobilləri Rusiya tərəfinin vasitəçilyi ilə buraxılıb.

Bunun ardınca Azərbaycan tərəfinin həmin magistralın Gorus-Vorotan sektorunu bağladığı bildirilmişdi.

Ermənistan xəbər verirdi ki, yolun açılması məqsədilə Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları Azərbaycan tərəfi ilə danışıqlar aparır.

Sünik yoluyla bağlı danışıqlar gedir

Hazırda Gorus-Qafan yolunun Gorus-Vorotan və Şurnux-Karmrakar hissələri ilə bağlı Azərbaycanla danışıqlar gedir. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin məlumatına görə, danışıqları bu qurumun sərhədçiləri və Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) sərhədçiləri aparırlar.

Məlumata görə, Azərbaycanın Dövlət Sərhəd Xidməti bir sərhədçisinə hücumla bağlı Ermənistan tərəfə informasiya verib.

“Hazırda Ermənistan sərhədçiləri Azərbaycan tərəfin təqdim etdiyi informasiya üzrə operativ-axtarış tədbirləri həyata keçirilər. Yolun açılması üzrə iş davam edir”, – məlumatda deyilir.

***

Hazırda Gorus-Qafan yolunun iki hissəsi bağlıdır. Bu haqda AzadlıqRadiosu-nun Ermənistan xidmətinə (Azatutyun radiosu) Sünik vilayətinin qubernator müavini Narek Babayan məlumat verib.

Babayan dünən (avqustun 26-da) üçtərəfli formatda danışıq aparıldığını bildirib.

“Danışıqları bu gün səhər davam etdirməklə bağlı dünən gecə razılıq əldə olunub”, – o deyib.

Avqustun 26-da danışıqlar nəticəsiz bitib. Dünən səhər yayılmış məlumata görə, Azərbaycan hərbçiləri magistralın Karmrakar-Şurnux və Gorus-Vorotan (Bərgüşad) hissələrini bağlayıblar. Bu, azərbaycanlı sərhədçiyə iki erməni hərbçinin hücum edərək bıçaqlaması haqda Azərbaycanın rəsmi məlumatından sonra baş verib.

Ermənistan isə bıçaqlama insidentini “yalan və dezinformasiya” adlandırıb.

Üçtərəfli razılaşma yoxdur

21 kilometrlik Gorus-Vorotan-Şurnux yolu üzrə Ermənistanın üçtərəfli razılaşması yoxdur. Bunu isə Baş nazir Nikol Paşinyan avqustun 26-da parlamentdə çıxışında deyib. Onun sözlərinə görə, Ermənistan hökumətinin xalqın kürəyinə zərbə vurması təəssüratını yaratmağa çalışırlar.

Baş nazir yada salıb ki, 2020-ci il dekabrın 19-da xalqa müraciətində Gorus-Qafan yolundakı problemlərə toxunub, siyasi qərar qəbul etdiklərini, bu qərar üçün tam məsuliyyət daşıdığını deyib. Müdafiə Nazirliyinin həmin tarixdə yaydığı bəyanatda isə deyilirdi ki, Sünik vilayətində Gorus-Qafan yolunun bəzi hissələri mübahisəli ərazilərdən keçir və nəqliyyatın fasiləsiz təşkilindən ötrü oraya Rusiya hərbçiləri yerləşdirilib.

Yerevan Azərbaycanlı hərbçilərin Gorus-Qafan yolunu bağladığını deyir
Gözlə

No media source currently available

0:00 0:15:01 0:00

Dövlət Sərhəd Xidməti AzadlıqRadiosunun sorğusuna cavabında dövlət sərhədində vəziyyətin “sabit” olduğunu, “əməliyyat şəraitinin bölmələrimizin nəzarəti altında” olduğunu qeyd edib.

Gorus-Qafan yolu Ermənistanın iki rayonunu birləşdirir.

Azərbaycan ötən il 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Laçın dəhlizinə və qoşunların təmas xəttinə isə Rusiya hərbçiləri yerləşdirilib. Sərhədlərin demarkasiyası və delimitasiyası ilə həll olunmamış qalır.

XS
SM
MD
LG