Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 10:25

Sahibkar: “25 qəpiyə çörək satmaq istəyirəm, qoymurlar”


İllüstrasiya
İllüstrasiya

►Göyçaylı sahibkar iddia edir ki, hər çatan ondan rüşvət istədiyindən çörək zavodunun tikintisini başa vura bilmir

"Sahibkarlıqla məşğul olub vaxtlı-vaxtında vergimi ödəyirəm. Yəni dövlətin büdcəsinə töhfəmi verirəm. Ancaq tamahına sahib çıxmayan bəzi məmurlar fəaliyyətimə əngəllər yaradır”.

Göyçay rayonu, Potu kənd sakini Minayə Mayılova sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Yazır ki, rayonda "Sadiq Çingizoğlu" adlı motelin, "Göyçay" çay evinin sahibidir. Ancaq qazancının çox hissəsini məmurlara verdiyindən fəaliyyəti iflic vəziyyətinə düşüb:

“ADDIMINI ATIRSAN, RÜŞVƏT İSTƏYİRLƏR”

“Maliyyə imkansızlığına görə böyük çörəkbişirmə zavodumun tikintisi yarımçıq qalıb. Sahibkarlığa Kömək Milli Fondu fəaliyyətimin davam etdirilməsi üçün kreditin ayrılmasına razılıq versə də, Mərkəzi Bank işi yubadır. Normal ölkədə mənim kimi çalışan sahibkarın pulunun üstünə pul gəlməliydi. Mən isə aydan aya borclana-borclana gedirəm. İldə 1 milyon cücə yetişdirən böyük inkubator aparatının ikisini borcuma görə satmışam. Çörəkbişirmə zavodunun həyətinin bir hissəsini "Azərsu" ASC-nin Göyçay rayon şöbəsi zəbt edib, ehtiyat su anbarı tikib. Məhkəmə ASC-yə qarşı iddiamı təmin etsə də, qətnamə icra olunmur. Çörəkbişirmə zavoduna qazın çəkilişinə görə "Azəriqaz" məndən 15 min manat rüşvət istəyir. Tikintiyə sənəd verilməsindən ötrü Fövqəladə Hallar Nazirliyinin tikintiyə nəzarət şöbəsi küllü məbləğdə rüşvət istəyir. Neyləyək? Necə edək? Sahibkarlıq fəaliyyətimi dayandırmaq məcburiyyətində qalmışam. Addımını atırsan, rüşvət istəyirlər”.

____________________________________________________________

Bunlara da bax:
«Əmanətçinin hər qəpiyi yubadılmadan qaytarılmalıdır»
Pürrəngi çayın yeni adı: Korrupsiya bulantısı

____________________________________________________________

Sahibkar xanım yazır ki, əgər qarşısına rüşvət tələbi qoyub əngəl yaratmasalar, tezliklə iri çörək zavodunu işə sala bilər. Çörəyin də qiyməti 25 qəpikdən:

“Gündəlik 40-50 min ədəd çörək bişirməyə gücü çatan zavod olacaq. 25 qəpiyə çörək harda var? Dövlətə bundan gözəl sahibkar töhfəsi? Bir 25 qəpiyə çörək satacam, bir də bunlara rüşvət yedirdəcəm?”

“İMKANLARIMIZ ÇƏRÇİVƏSİNDƏ OLA”

Göyçayın Qaz İdarəsindən “Qaynar xətt”ə bildiriblər ki, tikili yarımçıq olduğuna və FHN tikintiyə nəzarət şöbəsi tərəfindən istismara qəbul olunmadığından həmin ünvana qaz çəkilişini həyata keçirə bilməzlər. İdarə rüşvət iddiasını rədd edir.

Göyçay rayon icra hakimiyyəti rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara dəstək göstərməyə hazır olduqlarını bildirir:

“Ancaq gərək sahibkarın istədiyi kömək də imkanlarımız çərçivəsində ola”.

Sahibkar xanımsa ölkə başçısına yazıb ki, sahibkar-məmur münasibətləri məsələsinə yenidən baxsın.

Buna da bax: Kiçik sahibkar birgünlük vergilər naziri olsaydı...

Kiçik sahibkar birgünlük vergilər naziri olsaydı...
Gözlə

No media source currently available

0:00 0:01:37 0:00

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda (17 may)

Kimə deyirsən, işgəncəyə münasibət bildir, qaçır…

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında (17 may)

"Araşdırmırsa, deməli, işgəncələrin arxasında dövlət dayanır"
Ramil Usubovun polisdəki işgəncələrdən xəbəri var?

XS
SM
MD
LG