Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 19:05

Cəbhəçilərdən Ədliyyə Nazirliyinə etiraz


Etiraz
Etiraz

Bu gün, iyulun 24-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) bir qrup fəalı Ədliyyə Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirməyə cəhd göstəriblər. Onlar AXCP sədrinin həbsdəki müavinlərindən Gözəl Bayramlının durumu ilə bağlı nazirliyə etirazlarını bildiriblər.

30-a yaxın cəbhəçi G.Bayramlının fotolarını qaldıraraq nazirliyin qarşısına doğru yürüyüblər. Aksiya iştirakçıları istintaq təcridxanasında saxlanan G.Bayramlının sağlıq durumundan narahat olduqlarını bildiriblər.

Onlar nazirliyin qarşısında «Gözəl Bayramlının dərmanlarını verin!», «Siyasi Məhbuslara azadlıq!», «İşgəncələrə son!» şüarlarını səsləndiriblər.

Nazirlikdən aksiya iştirakçılarına reaksiya verən olmayıb. Aksiyanın qətnaməsini quruma təqdim etməyə də imkan verilməyib.

Yasamal rayon Polis İdarəsinin əraziyə gələn əməkdaşları aksiyanı dağıdıblar. 10-dan artıq cəbhəçinin saxlandığı bildirilir. Aksiyanın lentə alınmasına maneə yaradıldığı bildirilir.

AXCP-dən verilən məlumata görə, polisin saxladığı şəxslər bir müddət sonra sərbəst buraxılıblar.

Gözəl Bayramlı barədə 3 aylıq həbs qətimkan tədbiri seçildi
Gözlə

No media source currently available

0:00 0:01:20 0:00

G.Bayramlının hazırda sağlıq durumunun narahatlıq doğurduğu bildirilir. Bu günlərdə onun vəkilləri bildirmişdi ki, osteoartrit (oynaq xəstəliyi) xəstəliyindən əziyyət çəkən G.Bayramlının dizinə iltihab yaranıb, ayağını qatlaya bilmir. Onun telefonla bəzi yaxınları ilə əlaqə saxlamasına da imkan verilmədiyi açıqlanıb.

Aksiyada səslənən fikirlərə, hələlik, nə Ədliyyə Nazirliyindən, nə də bu quruma daxil olan Penitensiar Xidmətdən münasibət almaq mümkün olub.

XATIRLATMA

AXCP sədrinin müavini Gözəl Bayramlı Gürcüstandan qayıdarkən saxlanıb. Onun barəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb, barəsində 3 ay həbs-qətimkan tədbiri seçilib.

Rəsmi məlumatda Gürcüstandan qayıdarkən onun əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı bildirilir.

«İş üzrə toplanmış istintaq materialları ilə həmçinin müəyyən edilib ki, Gözəl Bayramlı 2015-ci ilin yanvar ayından hazırkı vaxtadək 41 dəfə Gürcüstana səfərlər edib. Lakin heç bir vaxt üzərində hər hansı pul vəsaitinin olmasını bəyan etməyib», - deyə məlumatda vurğulanır.

G.Bayramlı isə məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar və onun həbsi siyasi xarakter daşıyır, Gürcüstana isə müalicə məqsədilə gedib. Son illər Gürcüstanda 2 dəfə əməliyyat olunub.

XS
SM
MD
LG