Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:24

'Gültəkin Hacıbəylini məhkəməyə verirəm, deyirlər…'


G.Hacıbəyli
G.Hacıbəyli

Gültəkin Hacıyevanın şərh yazdığı statusun müəllifi Leyla Arif ilə isə, hələlik, danışmaq mümkün olmayıb. Amma o, öz Facebook səhifəsində G.Hacıyeva ilə bağlı məhkəməyə müraciət etdiyini təsdiqləyib: "Əlikram Hümbətovdan intervü götürmüşəm deyə, mənə separatist deyən adamı bir daha məhkəməyə verəcəyəm".

Statusun əvvəlində isə bu sözlər yazılıb: "Bu ölkədə Gültəkin Hacıbəylini məhkəməyə verirəm, deyirlər, dövlətin agentisən, müxalifətin fəallarını dəstəkləyirəm, deyirlər, "5-ci kolon"san, Talış kimliyimi müdafiə edirəm, deyirlər, separatçı, İRAN agentisən".

Ə.Hümbətov 1993-cü ildə ölkənin cənubunda "Talış-Muğan Respublikası"nı elan edərək hakimiyyət əleyhinə hərbi qiyam qaldırmaqda günahlandırılırdı. O, məhkəmənin hökmü ilə ömürlük həbs cəzasına məhkum edilmişdi. 2004-cü ildə isə əfv olunan Ə.Hümbətov elə həmin il Azərbaycandan mühacirət edib.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Ə.Hümbətovun müraciətini araşdıraraq ona 14 min 90 avro təzminat ödənilməsi barədə qərar qəbul edib. Məhkəmə Ə.Hümbətova münasibətdə İnsan Hüquqları üzrə Konvensiyada "ədalətli mühakimə hüququ" və "vaxtında tibbi yardım almaq hüququ" maddələrinin pozulduğunu müəyyənləşdirib.

Gültəkin Hacıbəyli buraxılıb, amma icraat təzələnib

Müxalifətdə olan Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkinin Hacıbəyli sərbəst buraxılıb. Bu barədə onun özü AzadlıqRadiosuna məlumat verib.

G.Hacıbəylinin sözlərinə görə, ona bu gün, noyabrın 30-da, səhər saat 4 radələrində Azərbaycana qayıdarkən pasport nəzarəti zamanı axtarışda olduğu bildirilib: "Səhər saat 9:30-a qədər əvvəl Hava Nəqliyyatında Polis İdarəsində, daha sonra Nəsimi Rayon Polis İdarəsində saxlanmışam, sonra isə Nəsimi Rayon Məhkəməsinə aparılmışam".

G.Hacıyeva qeyd edib ki, barəsində oktyabrın 27-də cinayət işi qaldırılıb, lakin bunun haqqında ona heç bir məlumat verilməyib: "Sentyabrın əvvəlindən Bakıda yox idim. Mən ölkədə olmaya-olmaya mənə Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə xüsusi ittiham qaydasında cinayət işi açıblar və telefonlarım açıq olsa da, nə zənglə, nə SMS vasitəsilə bu barədə mənə xəbər veriblər. Sonra isə barəmdə axtarış elan ediblər və hətta vəkil təyin ediblər, amma bu vəkil də mənə xəbər verməyib".

İcraat təzələnib

Onun sözlərinə görə, cinayət işi üçün əsas Facebook sosial şəbəkəsində bir nəfərin yazdığı statusa yazdığı şərh olub: "Bir şəxs davamlı şəkildə milli zəmində aşağılayıcı fikirlər yazır ... Həmin şəxs də heç kəsin tanımadığı Facebook istifadəçisidir və bir neçə gün sonra həmin paylaşımını silib. Facebook-da mövcud olmayan statusa və şərhə görə mənim saxlanmağımla bağlı məhkəmə qərar verib".​

G.Hacıbəyli status və onun müəllifi haqqında əlavə açıqlama verməyib.

G.Hacıbəyli əlavə edib ki, barəsində axtarış və saxlanma ilə bağlı məhkəmə qərarı ləğv edilib. Lakin məhkəmə icraatı təzələnib və dekabrın 8-də məhkəmə prosesi keçiriləcək.

Onun bu açıqlamasına, hələlik, rəsmi qurumlardan və başqa cavabdeh şəxslərdən münasibət almaq mümkün olmayıb.

Gültəkin Hacıbəyli saxlanıb

Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü, keçmiş deputat Gültəkin Hacıbəylini bu gün səhər saat 03:30 radələrində Brüsseldən qayıdarkən Bakı hava limanında polisin saxladığı bildirilir.

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Vahid Məhərrəmli AzadlıqRadiosuna deyib ki, G.Hacıbəyli hava limanında iki saatdan çox saxlanıb: "Ona məlumat verilib ki, barəsində Cinayət Məcəlləsinin 147.2-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) maddəsi ilə cinayət işi qaldırılıb".

V.Məhərrəmlinin sözlərinə görə, Hacıbəyli Bakının Nəsimi rayon Polis İdarəsinə aparılıb. Amma əlavə edib ki, ona qarşı iddianı kimin qaldırıldığı, hələlik, məlum deyil.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev də "Turan"a G.Hacıbəylinin polisdə olduğunu təsdiq edib. Onun sözlərinə görə, G.Hacıbəyli araşdırma aparılması üçün aidiyyəti üzrə polis idarəsinə dəvət olunub: "Məsələ ilə bağlı ətraflı məlumat veriləcək".

G.Hacıbəyli 2000 və 2005-ci ildə Goranboy rayonundan Milli Məclisə üzv seçilmişdi.

XS
SM
MD
LG