Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 21:12

Dərdin dərmanı, yoxsa dərman dərdi?


Dünyada satılan dərmanların 6 faizdən 10 faizə qədəri saxtadır
Dünyada satılan dərmanların 6 faizdən 10 faizə qədəri saxtadır
Əvvəllər deyirdilər "dərdin dərmanı", indi deyirlər "dərman dərdi". Xəstə olan həkimin yazdığı dərmanı aptekdən almağa qorxur ki, birdən saxta çıxar.

Fevralın 16-18-də İtaliyanın paytaxtı Romada hökumətlər və dünya dərman sənayesi liderləri səviyyəsində toplantı keçirilib. Görüşün bir məqsədi olub ki, saxta dərmanla necə mübarizə aparmalı.

Toplantıda Ümumdünya Səhiyyə Təşkilatı [ÜST] elan edib ki, dünyada satılan dərmanların 6 faizdən 10 faizə qədəri saxtadır.


Təşkilatın məlumatına görə, inkişaf etmiş ölkələri çıxanda, yerdə qalan ölkələrdə vəziyyət daha pisdir – satılan dərmanın 25 faizi saxtadır.

Bu da son hədd deyil. ÜST 2002-ci ildə müxtəlif ölkələrdə monitorinq aparanda məlum olub ki, Peruda satılan dərmanın 80 faizi saxtadır.


ÜST deyir ki, "bəzi adamlar inkişaf etmiş ölkələrdə istehsal olunmuş dərmanı almaqla düşünürlər ki, bununla saxta dərmandan canlarını qurtarmış olurlar. Ancaq bu belə deyil. Bütün saxta dərmanların 40 faizi məhz inkişaf etmiş ölkələrdə istehsal olunur...".

Saxta dərmanla mübarizənin çətinliyinə gəldikdə, məsələn, dünyanın məşhur 5-10 dərmanından ikisini – "Viaqra" və xolesterin əleyhinə "Lipitor"u buraxan "Pfizer" şirkəti Federal Təhqiqatlar Bürosunun [FBI] keçmiş agentlərini işə götürür ki, tapsınlar görək, Çində "Viaqra"nı kim düzəldir.

"Uolt Strit Cournal" qəzeti yazır ki, "Pfizer" polis rolunu oynamaqla da uğur qazanmır, çünki adi ağ tozdan saxta dərman düzəltmək 10 il əvvəldə qaldı. İndi Çində buraxılan əldəqayırma "Viaqra" tərkib etibarilə normal qaydada düzəldilən dərmanla eynidir. Saxta dərmanla artıq yüksək səviyyəli peşəkarlar məşğuldur.


Bəs Azərbaycandakı vəziyyət necədir? Bu barədə qonaqlarımız danışacaq:


- Səhiyyə Nazirliyində Mərkəzi Nəzarət Laboratoriyasının rəisi Əbülfəz Abdullazadə;

- Helsinki Vətəndaş Assambleyasında tibb komissiyasının sədri Tamilla Kərimova;


- Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov


DAHA ƏTRAFLI AUDİO HİSSƏDƏ


XS
SM
MD
LG