Keçid linkləri

2024, 13 Noyabr, çərşənbə, Bakı vaxtı 11:27

Gürcüstan Qərb diplomatlarını gizli dinləməkdə ittiham olunur


Gürcüstanın Brüsseldəki səfiri Vaxtanq Maxarobişvili
Gürcüstanın Brüsseldəki səfiri Vaxtanq Maxarobişvili

Avropa İttifaqı Gürcüstanın Brüsseldəki səfiri Vaxtanq Maxarobişvilini blokun xarici siyasət idarəsinə dəvət edib

Avropa İttifaqı Gürcüstanın Brüsseldəki səfiri Vaxtanq Maxarobişvilini blokun xarici siyasət idarəsinə dəvət edib.

Bundan əvvəl sızmış sənədlərdə Gürcüstan təhlükəsizlik orqanının Avropa İttifaqının və başqa ölkələrin diplomatlarını güddüyü iddia edilirdi.

Avropa İttifaqının Gürcüstandakı səfiri Karl Hartzell sentyabrın 22-də jurnalistlərə deyib ki, “Gürcüstan kimi yaxın dost və partnyorun” iddia olunan casusluğu iki tərəf arasında münasibətlərə və diplomatik normalara əməl olunmasına dair çox ciddi suallar doğurur”.

Səfir deyib ki, “demokratik cəmiyyət izləmə cəmiyyəti olmamalıdır”.

Gürcüstan mediası bildirir ki, ötən həftə bir nəfər tərəfindən sızdırılmış minlərlə sənəddən Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Hartzeli, ABŞ diplomatlarını, İsrail səfirini və Tbilisidəki başqa missiyaları gizli dinlədiyini göstərir.

Gürcü Pravoslav Kilsəsi də güdülüb?

Sızdırılmış səs yazılanlarının çoxu Gürcü Pravoslav Kilsəsinin Rusiya ilə bağlarına aid olsa da, iddia olunduğuna görə bəzi sənədlərdən Gürcüstan jurnalistlərinin, müxalifət siyasətçilərinin və diplomatların gizlin dinlənildiyi məlum olub.

Hartzell deyib ki, sözü gedən materialların “həcmi və təbiəti” təhlükəsizlik xidmətinin potensial təhlükələrə qarşı qədərindən artıq fəallığını göstərir.

Səfir deyib ki, “müşahidə diqqətlə aparılmalı və ciddi nəzarət altında olmalıdır”.

Diplomat əlavə edib ki, aşırı müşahidə izlənən adamların şəxsi həyatına müdaxilə şəkli ala bilər.

Qaribaşvili müxalifəti ittiham edir

Lakin Gürcüstanın hakim Gürcü Arzusu partiyasından baş nazir İrakli Qaribaşvili səs yazılarının “qondarma və saxta” olduğunu, ortaya müxalifət tərəfindən çıxarıldığını deyib:

"Dövlətin Dövlət Təhlükəsizlik Xidməti var, çünki o qanunun təyin etdiyi hüdudlarda legitim dinlnəmə həyata keçirir. Bu hamı üçün aydındır. Bütün dünya bu yolla idarə olunur”.

Ötən həftə Avropa İttifaqının xarici işlər qurumu sayılan Avropa Xarici Fəaliyyət Xidməti AzadlıqRadiosuna bildirmişdi ki, Gürcüstanda iddia olunan güdülmədən xəbərdardır və buna “cavab olaraq adekvat addımlar” atılacaqdır.

Qurumun rəhbəri Peter Stano deyib:

"Bu çox ciddi məsələdir, çünki diplomatik münasibətlərə dair Cenevrə Konvensiyası çərçivəsində mürəkkəbliklərə səbəb ola bilər”.

XS
SM
MD
LG