Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 06:03

Gürcüstanla sərhədi 18 saata keçən rusiyalılar


Rusiyada qismən səfərbərlik elanından sonra Rusiya-Gürcüstan sərhədində növbələr
Gözlə

No media source currently available

0:00 0:00:45 0:00

Rusiyada qismən səfərbərlik elanından sonra Rusiya-Gürcüstan sərhədində növbələr

“Telegram” istifadəçiləri Gürcüstan – Rusiya sərhədində gözləmə vaxtını qısaltmaq üçün praktik məsləhətlər və xidmətlər də təklif edirlər


Satılıb qurtarmış uçuş biletləri. Sərhəd keçid məntəqələrində kilometrlərlə uzanan növbələr. Putinin səfərbərliyindən qaçmağa çalışan rusiyalılar ciddi çətinliklərlə üzləşirlər.

Gürcüstan onların üzünə açıq qalan az sayda ölkədən biridir. Yuxarı Lars (Zemo Larsi) Rusiyadan Gürcüstana keçmək üçün yeganə giriş qapısıdır. Təsdiqlənməmiş xəbərlərə görə, Rusiya bu keçidi bağlaya bilər.

Azərbaycanlıları da Ukraynaya aparırlar – Rusiyadan Kamran Məmmədzadə
Gözlə

No media source currently available

0:00 0:15:56 0:00

“Özünüzlə çoxlu su və yemək götürün”

Gürcüstana keçməyə çalışan rusiyalılar arasında sosial mediada suallar verən, məsləhət istəyən və təcrübəsini bölüşənlər də az deyil.

"İstər bizim tərəfdə olsun, istərsə də Gürcüstan tərəfində, bizdən heç nə soruşmadılar. Ancaq gözləmə vaxtı çox uzundur! Biz saat 17:00-da növbəyə durduq və Gürcüstana 11:00-da (növbəti gün) girə bildik. Özünüzlə çoxlu su və yemək götürün”, – “Telegram”da Yuxarı Lars sərhəd keçidinə həsr olunmuş bir çətdə bir rusiyalı yazıb.

Ancaq görünür, gürcülərin çoxunun onlara çox da ürəyi yanmır. "Siz yalnız Ukraynada öldürülmək istəmirsiz. Sizin müharibəyə qarşı çıxmaq üçün yeddi ay vaxtınız olub. Ancaq öz qapınız döyülənə qədər Putini dəstəkləmisiniz", – bir nəfər həmin çətdə yazıb.

Uçuş biletləri satılıb

Bu il fevralın 24-də Rusiyanın Ukraynaya hücumundan bəri Qərb Rusiyanı sanksiyalar və təcridlə cəzalandırıb. AB öz hava sahəsini Rusiya təyyarələri üçün bağlayıb. Turist vizası ilə girişi açıq saxlayan yeganə ölkə Finlandiyadır. O da bu siyasətini dəyişmək haqda düşünür.

“RBK” biznes portalı 21 və 22 sentyabr tarixləri üçün Moskvada İstanbul, Yerevan, Daşkənd və Bakıya bütün uçuş reyslərinin dolduğunu bildirmişdi. Rusiyanın bütün şərq, cənub və qərb sərhədlərində uzun maşın növbələri yaranıb.

Prezident Vladimir Putinin səfərbərlik müraciətinin ardınca ölkədə etiraz dalğası da baş qaldırıb. Yüzlərlə adam həbs olunub. Ölkənin Müdafiə naziri Sergey Şoyqu 300 min rusiyalının səfərbər ediləcəyini deyib. Ancaq Kremlin Ukraynada vuruşmağa göndərmək üçün 1 milyondan artıq əsgər toplamaq niyyətində olduğu haqda xəbərlər yayılıb.

Suallar

Yuxarı Lars sərhəd məntəqəsini keçməyə çalışanların çoxu minik və yük maşınları ilə olsa da, piyada və skuterlə keçməyə çalışanlar da var.

Gürcüstana uğurla keçə bilmiş bir rusiyalının sözlərinə görə, rus sərhədçilərinin əlindən qurtulmaq asan iş deyil. "…Sərhəddə qarşınıza çıxan adamdan asılıdır. Məndən heç nə soruşmadılar. Ancaq yanımdakı pəncərədə məmur çoxlu suallar verir, adamları təhqir edir, çətin zamanda vətəni tərk etməkdə günahlandırırdı. Bir neçə nəfərin Gürcüstana keçməsinə imkan vermədilər. Müşahidəmə görə, hər 20-ci adamı geri göndərdilər”, – adını bildirməyən başqa bir rusiyalı sözügedən “Telegram” çətində yazıb.

Rusiya sərhədçilərinin kişiləri hərbi xidmət durumu ilə bağlı çox sıxışdırdığını deyənlər də var. "Sərhədi saat 14:00-da keçdik. Maşında 55, 19, 23, 35 və 45 yaşlarında 5 adam vardı. Hərbi xidmət hamıya şamil olunur. Bir kişinin sorğu-sualı 20 dəqiqə çəkir. Suallar bunlardır: Ad, soyad, ata adı; doğum yeri; hərbi xidmətdə olmusunuzmu və hərbi xidmət haqqında sənəd; sizə səfərbərlik haqda məlumat verilibmi. Başqa suallar da ola bilər. Biz hamımız keçdik”, – başqa bir postda deyilir.

Vətənpərvərlik sualları

On minlərlə sualın verildiyi çət qrupunda yazılan şərhlərdə deyilir ki, sərhəddə rusiyalı kişilərə onların vətənpərvərliyi haqda da suallar verilir: “Ölkəni niyə tərk edirsiniz? Ehtiyatda olan zabitsinizmi? Ölkə çətinlik içindədir. Nə zaman qayıdacaqsınız? Ancaq rus sərhədçiləri problem yaratmadılar. Bizi buraxdılar”, – bir rusiyalı yazır.

Müdafiə naziri Şoyqu sentyabrın 21-də deyib ki, müvafiq döyüş və xidmət təcrübəsi olanlar səfərbər olunur; çağırışçılar və tələbələrsə səfərbər olunmayacaq.

Ancaq Kremlin daha çox adamı orduya çağırdığı, xüsusən etnik azlıqları hədəfə aldığı haqda xəbərlər özünü çox gözlətmədi.

Əli Kərimli: 'On minlərlə azərbaycanlının işğalçı müharibədə ölməsi riski yaranıb'
Gözlə

No media source currently available

0:00 0:06:14 0:00

Praktik məsləhətlər

“Telegram” istifadəçiləri Gürcüstan – Rusiya sərhədində gözləmə vaxtını qısaltmaq üçün praktik məsləhətlər və xidmətlər də təklif edirlər.

"Taksi ilə sərhədə gəlib çatmısınız və nə edəcəyinizi bilmirsiniz? Bizdən özünüzə bir velosiped, moped, skeytbord alın və sərhədi rahat keçin”, – bir işgüzar rusiyalı yazıb.

Gürcülərdən də rusiyalılara qalmağa yer və maşınla kömək təklif edənlər var. Rusiyalıların ölkələrini tərk edib Gürcüstana axın etməsi artıq Putinin Ukraynaya hücum etdiyi fevraldan başlayıb.

Müharibənin başlanmasından bəri Tbilisi və Gürcüstanın digər şəhərlərində Ukraynaya çoxsaylı dəstək aksiyaları keçirilib. Buna görə hökumət ehtiyatlı davranmağa çalışır. Avropa ölkələri Rusiyaya qarşı sanksiyalar tətbiq edəndə Gürcüstanın Baş naziri İrakli Garibaşvili sanksiyalara qoşulmaqdan imtina edib. Bu da Gürcüstan vətəndaşlarını qəzəbləndirib.

“Gedin öz Belarusunuza!”

Gürcüstan prezidenti Salome Zurabişvili Ukraynaya dəstək mesajları səsləndirib, Gürcüstanın da 2008-ci ildə Rusiyanın hücuma məruz qaldığını xatırladaraq ölkəsinin Ukraynanın yanında olduğunu deyib.

Sərhədi keçmək haqda məsləhətlərin paylaşıldığı “Telegram” qrupunda Putinin səfərbərliyindən qaçan ruslara yardım etməyə hazır gürcülər olsa da, bir çoxlarının onlara rəhmi gəlmir.

"Gürcüstana gəlmək lazım deyil! Gedin öz Belarusunuza! Bizə gəlməyin, lazım deyil!" – deyə bir nəfər yazıb. Belarusun avtokratik lideri Alyaksandr Lukaşenka bu müharibədə Putini dəstəkləməklə ölkəsinin sanksiya və təcrid siyasətinə məruz qalmasına səbəb olub.

“Qorxaq ruslar ölkələrini qoyub qaçırlar”, – deyə başqa bir istifadəçi yazıb.

XS
SM
MD
LG