Keçid linkləri

2024, 08 Sentyabr, bazar, Bakı vaxtı 04:05

Haftarın əmrilə Liviyanın şərqində neftin nəqli dayandırılıb


Liviyada neft terminalı, 27 fevral 2011
Liviyada neft terminalı, 27 fevral 2011

Berlində keçiriləcək Liviya ilə əlaqədar beynəlxalq konfrans ərəfəsində Liviyanın şərq sahillərindəki terminallar neft nəqlini dayandırıb.

Belə bir sərəncamın Liviya Milli Ordusunun komandanı, general Khalifa Haftar tərəfindən verildiyi bildirilir.

Liviya Milli Korporasiyası bəyanatla çıxış edərək nefti siyasi təzyiq aləti kimi istifadə etməməyə çağır.

Cümə axşamı Liviyanın Benqazi şəhərində Haftar ilə görüşən Almaniyanın xarici işlər naziri Heiko Maas generalın barışığa və atəşkəsə razılıq verdiyini bildirib.

Üç gün əvvəl, Haftar beynəlxalq səviyyədə tanınan Liviyanın baş naziri Fayez Sarraj ilə danışıq üçün Moskvada olsa ortaq sənəd imzalamaqdan Rusiya paytaxtını tərk edib. O, tərəfdarları ilə məsləhətləşmələr aparacağını deyib.

Khalifa Haftar, arxiv foto
Khalifa Haftar, arxiv foto

Khalifa Haftar BMT-nin himayəsi altında Liviya sammiti üçün yanvarın 19-da Berlinə gəlməyə hazır olduğunu bildirib. Bundan əvvəl Fayez Sarraj konfransda iştirak edəcəyini açıqlayıb.

Ötən həftə Türkiyə Sarraj hökumətinə kömək üçün öz qoşunlarını Liviyaya göndərməyə başladı. Liviyada vətəndaş müharibəsi 2011-ci ildə Muammar Gaddafi rejiminin devrilməsindən sonra başlayıb.

XS
SM
MD
LG