Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 05:16

Kocharian-ı azad edən hakimin həbs olunmayacağı bildirilir


Hakim David Grigorian
Hakim David Grigorian

Ermənistanın Xüsusi İstintaq Xidməti bildirib ki, keçmiş prezident Robert Kocharian-ın həbs qətimkan tədbirini ləğv edən hakim həbs olunmayacaq.

Hakim David Grigoriana qarşı xidməti saxtalaşdırma ittihamı irəli sürülüb.

Ermənistanda məhkəmələrin icra və qanunverici hakimiyyətdən müstəqil fəaliyyət göstərməsinə nəzarət edən Ermənistan Ali Ədliyyə Şurası hakim Grigoriana qarşı ittihamı iyulun 30-da elan etmişdi.

Şura eyni zamanda Grigorianın hakimlik səlahiyyətlərini ləğv edib.

Kocharian-ın işi üzrə məhkəməyə sədrlik edən David Grigorian mayın 18-də keçmiş prezidentin zaminə buraxılmasına dair hökm vermişdi.

Bunun ardınca Grigorian Kocharian-a qarşı dövlət çevrilişi ittihamının qanuniliyini sual altına alaraq işi Konstitusiya Məhkəməsinə göndərmişdi.

Prokurorlar hakimin hər iki qərarına qarşı etiraz vəsatəti vermişdilər.

İyunun 25-də Ermənistanın Apellyasiya Məhkəməsi hakim qərarlarını ləğv edərək Ronbert Kocharian-ı həbsxanaya qaytarmışdı.

Ermənistanın Baş Prokurorluğu israr edir ki, hakim David Grigoriana qarşı ittiham Kocharian işi ilə bağlı deyil.

Prokurorlar bildirilər ki, hakim Grigorian başqa bir iş üzrə məhkəmə protokollarını saxtalaşdırıb.

Grigorian-ın özü isə iddia edir ki, onun otağında axtarışın aparılması və ona qarşı ittihamın irəli sürülməsi məhz Kocharian işi ilə bağlıdır.

Kocharian-ın zaminə buraxılmasına dair məhkəmə qərarı baş nazir Nikol Pashinian və onun siyasi müttəfiqləri tərəfindən kəskin pislənmişdi.

Kocharian-ın tərəfdarları isə hakimiyyətin məhkəməyə təzyiq göstərdiyini deyirlər.

XS
SM
MD
LG