Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 08:28

Bir aydan sonra əmlakla torpaq birlikdə satılacaq


Torpaq sahəsi
Torpaq sahəsi

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) hərraca çıxardığı daşınmaz əmlakı bir aydan sonra ilk dəfə torpaq sahələri ilə birlikdə satacaq.

Hər şey bazar qiymətinə

Artıq bir aydan çoxdur ki, özəlləşdirilən dövlət əmlakı inventar deyil, bazar qiyməti ilə dəyərləndirilir. Hərraca çıxarılan əmlakın yerləşdiyi torpaq sahəsinin qiymətləndirilməsi də artıq normativ qiymətlə - güzəştli şərtlərlə aparılmır və bu zaman sözügedən ərazidə formalaşmış bazar qiyməti tətbiq olunur. Nazirlər Kabinetinin uyğun qərarı oktyabrın 5-də açıqlanıb.

Buna da bax:​ Özəlləşdirmədə rəqabət yaranıb

Obyektə 2,3 milyon manat qiymət qoyulub

ƏMDK investorlara noyabrın 15-də keçiriləcək hərracda torpaq sahəsi ilə birlikdə satılacaq 7 kiçik müəssisə və obyekt təklif edir. Məsələn, Bakıda - Çobanzadə küçəsində yerləşən və faydalı sahəsi 958 kvadratmetr olan təmir-tikinti sahəsi 350 min manata qiymətləndirilib. Bu obyektin 78,6 sot torpaq sahəsinə 2 milyon 361 min manat qiymət qoyulub. Beləliklə, bu obyekt toplam 2 milyon 658,5 min manata satılır.

Ümumiyyətlə, noyabrın 15-də Bakı və Sumqayıtda hərraca çıxarılan bütövlükdə 11 kiçik müəssisə və obyektə 5 milyon 70,6 min manat, 30 zirzəmiyə isə 780 min manat başlanğıc qiymət hesablanıb. Əvvəlki hərracda müştərisi çıxmayan daha iki obyektin satışından isə, həmin tarixdə, ən azı, 152 min manat gəlir gözlənilir.

Buna da bax:​ Bu il 'kupça' verənlər də xeyli az qazanıb...

Özəlləşdirməyə çıxarılan obyektlərlə virtual - məsafədən tanışlıq imkanı da var. Bundan ötrü özəlləşdirmə portalına daxil olmaq yetər. Həmin portalda obyektlərin yerləşmə sxemi və fotoşəkilləri də diqqətə yetirilir.

Hərracda qiymət 3 dəfə qalxıb

Oktyabrın 11-də baş tutan sonuncu hərracda satılan 15 obyektin 4-nə iki müştəri çıxıb. Nəticədə, Bakıda yerləşən 4 zirzəminin satışından, gözlənildiyi kimi, 55,5 min manat yox, 136 min 100 manat daxil olacaq. Naməlum alıcı bu hərracda ƏMDK-nın Sarayevo küçəsindəki 9 mərtəbəli binanın hər kvadratmetrinə 423 manat qiymət qoyduğu 37,8 kvadratmetrlik zirzəmisinə təxminən 3 dəfə çox – 1230 manat ödəməyə hazır olduğunu bildirib.

XS
SM
MD
LG