Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 23:44

'Otlaq sahələri pambıq əkininə ayrılıbsa, heyvandarlıq necə inkişaf etsin?' [rəylər]


Oba (arxiv fotosu)
Oba (arxiv fotosu)

Prezident İlham Əliyev yanvarın 29-da “Azərbaycan regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasına həsr olunan konfransda heyvandarlıqla bağlı dövlət proqramına ehtiyac olduğunu vurğulayıb.

Son illər qoyunçuluqla məşğul olan bir çox fermerlərin uzun müddətə icarəyə götürdükləri icarə torpaqlarının əllərindən alınaraq həmin sahələrdə pambıq əkildiyi bildirilir. Hətta, bununla bağlı ölkənin ayrı-ayrı bölgələrindən olan fermerlər 2017-ci ildə qrup halında bir neçə dəfə Prezident Administrasiyasına şikayətə də gəliblər.

Buna da bax: Yığılan pambıq 200 min tonu keçdi

Əgər, otlaq sahələrinin bir hissəsi pambıq əkininə ayrılıbsa, bundan sonra heyvandarlıqla bağlı hazırlanacaq dövlət proqramında bu məsələlər necə tənzimlənməlidir?

Bu və bu kimi suallarla iqtisadçılara üz tutduq.

“Pambığın qozasından da heyvandarlıqda istifadə edilir”

Yeni Azərbaycan Partiyasının (YAP) üzvü, iqtisadçı Əli Əlirzayevin deməsinə görə, elə torpaqlar var ki, onlar pambıqdan ötrü ayrılmayıb, orada yonca, taxıl və çoxillik bitkilər də əkilir:

Əli Əlirzayev
Əli Əlirzayev

“Mənim yadıma gəlir, bizim uşaqlıq dövrümüzdə pambığın qozasından da heyvandarlıq üçün istifadə edilirdi. Heyvanları orda otarırdıq. Ona görə də bu məsələlər heyvandarlığın inkişafına heç də pis təsir etməyəcək”.

YAP-çı iqtisadçı vurğulayır ki, heç kəsə torpaqlar əbədi verilmir, ondan səmərəli istifadə edilməlidir:

Buna da bax:​ Əti, yağı bahalandıran... pambıqdı [Ekspert rəyi]

“Dövlətdən icarə götürüb istifadə edirlər, indi sahibi dövlətdirsə, deməli, xalqın mülkiyyətidir. Belə olduqda pambıqçılıq kimi strateji məsələlərdə istifadə etmək olar. Xalqın mənafeyini qorumaq ayrı-ayrı sahibkarların maraqlarını qorumaqdan daha üstündür və əsas aqrar siyasət bu olmalıdır”.

“Yaylaqlar işğal altındadır”

Əli Əlirzayev deyir ki, bir çox yaylaqların Ermənistanın işğalında olması heyvandarlığın inkişafına problem yaradır.

Buna da bax:​ «Yaylaqlar satılıb, qoyun otarmağa yer tapmırıq»

“Azərbaycanın torpaqları elədir ki, heyvandarlıq üçün çox yararlıdır, o cümlədən, dağ zonaları. Ancaq hökumət pambıqla məşğulluğu təmin edirsə, bu, heyvandarlığın rolundan səmərəlidir. Müasir şəraitdə bir çox prioritetlər xalqın marağını güdür. Ona görə güclü proqram tədbirləri və alternativ variantlara əsaslanan elmi və sistemli yanaşma lazımdır. Bunun üçün iş başında müxtəlif təcrübəyə malik olan və xalqın marağını öz mənafeyindən üstün tutan mütəxəssislər olmalıdır.

Mən hələ 20 il əvvəl mühazirə oxuyanda heyvandarlığın inkişafından təkcə ət yox, yüngül sənaye, dəri emalı, yun, trikotaj sənayeləri üçün istifadə edilməsini vacib saymışdım. Yoxsa, əti kəsdim, yedim vəssalam... İnsanlar heyvandarlıq deyəndə yalnız ət məhsullarını nəzərdə tutmamalıdır. Elə sahələr var ki, onların inkişafı zəncirvari olaraq digər sahələrə də təsirini göstərir. Heyvandarlığı inkişafı deyəndə, əkinçilik, yem sənayesi yada düşür, pambıqçılıq, çiyid və s.. Sadaladıqlarım isə yeni iş yerləri deməkdir”.

Aqrar sektor üzrə mütəxəssis, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvi Vahid Məhərrəmli isə heyvandarlığı dövlət proqramları, yaxud “Yol xəritəsi” ilə inkişaf etdirməyin mümkünsüz olduğunu düşünür.

Buna da bax:​ Otlaq sahəsi yoxdur, inəklər qoruqda otlayır

Vahid Məhərrəmli
Vahid Məhərrəmli

Vahid Məhərrəmli hesab edir ki, heyvandarlıq çox mürəkkəb sahədir. Onun fikrincə, gərək heyvanların sayına uyğun örüş sahələri olsun.

“Ət, süd, yağ, pendir tələbatı ödənmir”

Ekspert deyir ki, əgər örüş sahələri kifayət deyilsə, intensiv yemləmə təşkil edilməlidir:

“Bütün bunların hamısı nəzərə alınaraq qüvvəli, şirəli yem və ot istehsal olunmalıdır. Azərbaycanda 2 milyon 500 min ton qüvvəli yemə ehtiyac olsa da, 12 min ton istehsal olunur. Şirəli yemə 3 milyon ehtiyac var, amma cəmi 3 min ton istehsal olunur. Bu qədər kəskin fərq olduğundan, ölkə ətə olan tələbatından 2 dəfə yarım az istehsal edir. Yəni ət tələbat 840 min ton olsa da, 300 min ton istehsal olunur. Eyni durum süddə də var. Südə tələbat 3 milyon 600 min tondur, istehsal olunur 2 milyon ton. 84 min ton kərə yağı istehsal olunmalıdır, amma 24 min ton istehsal olunur ki, ona da kərə yağı demək olmaz. 250 min ton pendir istehsal olunmalıdır, amma 45 min ton istehsal edilir. Sadaladıqlarım ölkədə yem bazasının yaradılmadığının göstəricisidir. Söhbət şirəli, qüvvəli yemdən gedir, örüş sahələri tələbatın dörddə biri qədərdir. Bundan əlavə örüş sahələri əkin üçün də istifadə olunur ki, gələcəkdə çox ciddi problemlər yaradacaq”.

Buna da bax:​ Fermer: 'Prezident deyib, əkinçiliyi inkişaf etdir, deməyib ki, heyvandarlığı məhv elə'

Vahid Məhərrəmli bildirir ki, mövcud hökumət heyvandarlığı məhv edib:

“Ona görə də onlarla sənəd, proqram hazırlansa da, bu sahədə sürətli dəyişikliyə nail olmaq mümkün deyil. Köklü şəkildə dəyişiklik üçün elmi baxışlara malik və aqrar sektoru bilən kadrlar lazımdır. O da hökumətdə yoxdur”.

XS
SM
MD
LG