Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 20:52

Erməni politoloq: ‘Qarabağ ətrafındakı rayonlar məsələsi ağrılıdır, amma müzakirə olunmalıdır’


Riçard Kirokosyan
Riçard Kirokosyan

ATƏT Minsk Qrupunun təqaüdə çıxan amerikalı həmsədri Richard Hoagland Vaşinqtonda ABŞ Milli Mətbuat Binasında keçirdiyi dəyirmi masada Dağlıq Qarabağda “dayanıqlı razılıq” əldə olunması üçün Madrid prinsiplərinə əsaslanan mühüm elementlər haqda danışmışdı.

Səfir demişdi ki, Dağlıq Qarabağın “mürəkkəb tarixini” nəzərə alaraq, tərəflər regionun yekun statusunu danışıqlar əsasında müəyyən etməyə razı olmalı və bu istiqamətdə öhdəlik götürməlidirlər.

Səfir Hoagland bildirmişdi ki,rəsmi Bakının nəzarətində olmayan sabiq Dağlıq Qarabağ Muxtar Vilayəti hüdudlarındakı ərazilərə müvəqqəti status verilməlidir. Bu, minimum olaraq ərazinin təhlükəsizliyini və özünüidarəçiliyi təmin etməlidir.

İkinci element olaraq səfir Hoagland bildirmişdi ki, Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş ərazilər Azərbaycanın nəzarətinə qayıtmalıdır.

Hoagland habelə demişdi ki, Ermənistanla Dağlıq Qarabağ ərazisini birləşdirən təhlükəsiz dəhliz mövcud olmalıdır. Lakin bu dəhliz bütün Laçın ərazisini əhatə etməməlidir.

Richard Hoagland-ın verdiyi təkliflər həm Azərbaycanda, həm də Ermənistanda müzakirələrə səbəb olub.

Ermənistan Regional Təhqiqatlar Mərkəzinin rəhbəri Riçard Kirakosyan Azatutyun radiosuna müsahibəsində deyib ki, Qarabağ ətrafındakı rayonlar məsələsi Ermənistan üçün ağrılıdır, amma bu məsələnin həlli olmadan sülh mümkün deyil:

“Richard Hoagland-ın açıqladığı sənəddə, həm də Dağlıq Qarabağa bitişik ərazilər məsələsi qaldırlır. Bu məsələ Ermənistanda çox ağrılı qəbul olunur. Lakin biz başa düşməliyik ki, bu münaqişənin hər hansı konstruktiv həlli üçün bu məsələ əsasdır”.

Politoloq bildirib ki, tənzimləmənin bu və başqa nyuansları barədə informasiya yoxdur və belə bir şəraitdə danışıqlarda Qarabağ tərəfinin iştirak etməməsi erməni tərəfinin mövqelərini zəiflədir.

Kirokosyan deyib ki, onun fikrincə, Nyu Yorkda keçiriləcək Nalbandyan-Məmmədyarov danışıqlarında belə bir dilemma müzakirə olunacaq: Bakı və Yerevan arasında balansı saxlamaqla sülhə necə nail olmaq olar?

Bütün tərəflərə mesaj

Başqa bir ermənistanlı politoloq Manvel Sarkisyan hesab edir ki, Hoagland-ın planı əhəmiyyətlidir, çünki bu sənəd ABŞ-ın yeni həmsədrinin də tutacağı xətti göstərir.

Manvel Sarkisyan
Manvel Sarkisyan

Politoloq Azatutyun radiosuna müsahibəsində deyib ki, Ermənistan xarici işlər nazirinin “bu bəyanatda Ermənistan üçün heç bir təhlükə yoxdur” fikrinin mənasını başa düşmür, amma Hoagland-ın bəyənatını təsadüfi saymır.

Manvel Sarkisyan amerikalı həmsədrin bu bəyanatının Soçidə keçirilən Putin-Sarkisyan görüşü ilə eyni gündə səslənməsini də “maraqlı” adlandırıb.

Politoloq deyib ki, Hoagland bu bəyanatla, Rusiya da daxil, bu münaqişə ilə bağlılığı olan bütün tərəflərə mesaj vermək istəyib.

Ermənistan Beynəlxalq Məsələlər və Təhülkəszlik İnstitutunun direktoru Stepan Safaryan Azatutyun radisouna deyib ki, amerikalı həmsədr bu münaqişənin həllində bütün tərəfləri qane edəcək çözüm tapmaq imkanının cüzi olduğunu başa düşür.

Safaryanın fikrincə, Hoagland-ın bəyənatı Ermənistan tərəfi üçün son dərəcə əhəmiyyətlidir.

Onun fikrincə, Hoagland bu bəyanatla bildirib ki, tənzimləmə yarımçıq ola bilməz.

Stepan Safaryan
Stepan Safaryan

Safaryanın qənaətinə görə indiyədək verilmiş təkliflər – “Lavrov planı” və ya “Kazan planı” öz yarımçıqlığı ilə diqqəti çəkirdi, çünki burada Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi ona keçid statusu verilməklə sonrakı mərhələyə saxlanırdı.

Hoagland-ın bəyanatında deyilirdi ki, “tərəflər Dağlıq Qarabağın yekun hüquqi statusunun müəyyən ediləcəyi barədə öhdəlik götürməlidirlər.”

Səfirin fikrincə, yekun status “qarşılıqlı razılaşdırmış və hüquqi baxımdam icbari iradə ifadəsi vasitəsilə gələcəkdə müəyyənləşdirilməlidir”.

Hoagland bir daha vurğulayıb ki, keçid statusu müvəqqti xarakter daşımalıdır.

Rusiya səmimi deyil

Stepan Safaryanın interpretasiyasına görə isə Hoagland burada iki məqamı anlatmağa çalışıb: Problemin həlii statusun müəyyənləşdirilməsi ilə birlikdə kompleks və hərtərəfli olmalıdır. İkinci mesaj isə bundan ibarətdir ki, münaqişə zonasında yalnız Rusiya sülhməramlıları yerləşdirilə bilməz.

“Bu mənada Hoagland Rusiyanın 2016-cı ildən sonra münaqişənin tənzimlənməsini başqa müstəviyə keçirmək cəhdini önləməyə çalışıb. Həmin müstəvidə isə tənzimləmə elementləri “Madrid təkliflərinə” bənzəyir, lakin bu, əslində “Madrid prionsipləri” deyil” – deyib politoloq.

“Bu o deməkdirmi ki, Rusiya məxfi şəkildə öz planını yürüdür?” sualına Safaryan, “ola bilsin ki, belə bir plan olub. Rusiya tərəfi bu məsələdə səmimi deyil və onun bəyənatları etmad doğurmur” cavabını verib.

Bundan əvvəl səfir Hoagland-ın bəyənatlarını şərh edən Ermənistan xarici işlər naziri Edvard Nalbandyan demişdi ki, bu təkliflərdə Ermənistan üçün təhlükəli heç nə görmür.

Nalbandyan deyib ki, bu təkliflər əvvəllər də səslənib və Yerevan onların hər birinə münasibət ifadə edib.

“O başqa məsələdir ki, Azərbaycan öz mövqeyini bildirməkdən qaçır, təkcə qaçmır, həm də özünü elə aparır ki, sanki belə təkliflər və prinsiplər mövcud deyil” – deyib Nalbandyan.

Rəsmi Bakı Dağlıq Qarabağ danışıqlarının dalana dirənməsində Yerevanı günahlandırır və bildirir ki, separatçı bölgədəki status quo Ermənistanı qane edir.

XS
SM
MD
LG