Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 09:56

Poroşenko: "Ukraynanı dayandıra bilməyəcəklər"


Petro Poroshenko
Petro Poroshenko

►Hollandiyada referendumun nəticələri...

Aprelin 7-də Ukrayna prezidenti Petro Poroşenko bəyanat verərək bildirib ki, Ukraynanın Avropa İttifaqı ilə Assosiasiya sazişinin qüvvəyə minməsi ilə bağlı Niderlandda keçirilmiş referendum Avropanın birliyi və Avropa dəyərlərinə qarşı yönəlib.

Bu barədə Prezidenti İnternet səhifəsində məlumat yerləşdirilib.

Poroşenko xatırladıb ki, referendum tövsiyə xarakteri daşıyırdı. O, assosiasiya tərəfdarlarına və Kiyevin Niderlandda təşkil etdiyi təbliğat kampaniyasında iştirak edənlərə dəstək üçün təşəkkürünü bildirib.

"Beləliklə, indi söz Hollandiya hökumərinin, parlamentinin və siyasətçilərinindir. Əminəm ki, strateji mənada bu hadisə Ukraynanın Avropaya doğru yolunda maneə deyil. Məsuliyyətlə bəyan edirəm ki, buna baxmayaraq Ukrayna assosiasiya sazişini həyata keçirməyə davam edəcək, Avropa İttifaqı ilə dərin və əhatəli azad ticarət zonasının yaradılmasını təmin edəcək. Çünki bu, Ukrayna hökumətinin modernləşməsinə və Ukraynanın müstəqilliyinin möhkəmlənməsinə aparan yoldur.

Biz avrointeqrasiya yolundan dönməyəcəyik. Ukraynanı dayandrmaq mümkün olmayacaq," deyə prezident vurğulayıb.

Aprelin 6-də Niderlandda Ukraynanın Avropa Birliyi ilə assosiasiyası məsələsi ilə bağlı referendum keçirilib. İlkin məlumata görə, səs verənlərin 61,1 %-i assosiasiya sazişinin əleyhinə, 38,1 %-i isə leyhinə səs verib.

___________________________________________________________

Bunlara da bax:
Bakının mərkəzində son aylar bağlanan dükanlar- [Fotolar]
Ağdamda dağıntılar- [Fotolar]

___________________________________________________________

Səsvermədə seçicilərin 32,2 %-i iştirak edib. Niderlandda seçicilərin 30 %-nin iştirak etdiyi səsvermə baş tutmuş hesab olunur.

Ukraynanın XİN-i referendumun nəticələrinin Hollandiya hökuməti tərəfindən qəbul edilməyəcəyinə ümid ifadə edib.

Ukrayna parlamentinin "Petro Poroşenkonun bloku" fraksiyasından olan deputat, jurnalist Mustafa Nayem səsvermənin nəticələrini Poroşenkoya qarşı oxunmuş hökmə bənzədib.

Niderlandın baş naziri Mark Rutte bildirib ki, əgər referendum baş tutmuş sayılsa, istisna deyil ki, hökumət onun nəticələrini qəbul edəcək.

Çexiyada Kreml "təbliğatı"
Gözlə

No media source currently available

0:00 0:02:19 0:00

XS
SM
MD
LG