Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 23:31

İslam Kərimov homoseksualları təhqir etdi


İslam Kərimov
İslam Kərimov

►Başını göstərib "onlarda nəsə çatışmır" dedi.

Özbəkistan prezidenti İslam Karimov televiziyada yayınlanan çıxışında homoseksuallıq haqqında alçaldıcı tərzdə danışıb. O deyib ki, eynicinsli münasibətlərdə olan kişilər və qadınlarda "hər halda nəsə çatışmır".

Homoseksuallıq hərəkətlərinə görə üç ilə qədər həbs cəzasının nəzərdə tutulduğu ölkənin prezidenti eynicinslilərin intim münasibətlərini Qərb mədəniyyətinin "vulqar" təzahürü adlandırıb.

"Biz... Qərb mədəniyyətindən danışırıq. Biz onu vulqar mədəniyyət adlandırırıq. Siz bilirsiniz mən nəyi nəzərdə tuturam. Bu barədə qadınların yanında danışmaq da uyğun deyil. Düşünürəm ki, kişilər kişilərlə, qadınlar qadınlarla yaşayırsa deməli nəsə düzgün deyil," deyə Karimov başını göstərib və əlavə edib ki, "Burada nəsə çatışmır. Bir məsəl var: Allah bir adamın abırsızlığını ortaya qoymaq istəyəndə əvvəl onun ağlını alır."

Özbəkistan homoseksuallığın qeyri-qanuni sayıldığı yeganə keçmiş sovet respublikasıdır. Hərçənd cinsi azlıqların nümayəndələrini təcrid etmək cəhdləri digər keçmiş sovet respublikalarında da edilib və ya edilməkdədir.

2013-cü ildə Rusiya prezidenti Vladimir Putin "uşaqlar arasında qeyri-ənənəvi cinsi münasibətlərin təbliğini" qadağan edən qanun imzalayıb.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Bu ayın sonunda Qırğızıstan parlamentinin də cinsi azlıqlara qarşı oxşar addım atacağı gözlənilir. Bu həm də eynicinsli münasibətlərin heteroseksual münasibətlərlə eyniləşdirilməsini qadağan edəcək.

Qəbul edilərsə, həmin qanunu pozanlar altı aydan bir ilə qədər həbsə məhkum oluna bilərlər.

XS
SM
MD
LG