Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 10:48

HRW Qarabağdakı mülki əhalinin haqlarının qorunmasına çağırır


"Azərbaycanın regiona nəzarəti bərpa etmək üçün apardığı hərbi əməliyyatın ardından Dağlıq Qarabağda minlərlə mülki vətəndaşın ciddi humanitar ehtiyacları var"

Bu barədə "Human Rights Watch" təşkilatının bəyanatında deyilir.

Bəyanatda deyilir ki, Azərbaycanın doqquz aydan çoxdur ki, piyada və avtomobil nəqliyyatına məhdudiyyətlər tədbiq etməsi kəskin ərzaq, dərman, gigiyena məhsulları və digər zəruri ləvazimatların çatışmazlığı ilə nəticələnib.

HRW Azərbaycan hökümətinə çağırış edərək Dağlıq Qarabağın erməni əhalisinin humanitar ehtiyaclara çıxışına və erməni əhalinin Ermənistana gedib gələ bilməsinə imkan yaradılmasını tələb edir.

Qeyd edək ki, Azərbaycan rəsmiləri Laçın dəhlizinin blokadada saxlanması və Qarabağ bölgəsində gərgin humanitar vəziyyətin yaranması fikri ilə razılaşmır.


İnsan haqları təşkilatının bəyanatına görə, Azərbaycanın sentyabrın 19-da Qarabağda antiterror əməliyyatına başlatmasından sonra minlərlə mülki vətəndaş evini tərk edərək ermənilərin Stepanakert adlandırdıqları Xankəndi şəhərinə gedib.

Rusiya Müdafiə Nazirliyi yaydığı açıqlamada hal hazırda sülhməramlıların olduğu hərbi bazada 826 mülki vətəndaşın qaldığını və onların humanitar ehtiyaclarının qarşılandığını qeyd edib.

Azərbaycan Fövqəladə Hallar Nazirliyi isə sentyabrın 22-də yaydığı bəyənatda mülki vətəndaşların qida və gigiyena ehtiyaclarının qarşılnması məqsədi ilə Xankəndi şəhərinə 40 tona yaxın humanitar yardım göndərildiyini bildirib.

Son günlər baş verənlər

  • Sentyabrın 19-da rəsmi Bakı "lokal antiterror tədbirləri"nə başladığını elan edərək erməni silahlı qüvvələrinin regiondan çıxarılmasını tələb edib.
  • Sentyabrın 20-də hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə olunduğu açıqlandı. Açıqlamaya görə, razılığa əsasən, Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

Human Rights Watch təşkilatı avqust ayı ərzində Qarabağın erməni əhalisində 16 nəfərlər uzaqdan əlaqə saxladığını bildirir. Onların bölgədəki erməni əhalinin hərəkətinə məhdudiyyətlər qoyulduğunu, su, təbii qaz və benzin xidmətlərinin paylanmasının mümkün olmadığını bildiriblər. Həmin sakinlər bölgədə çörək də daxil olmaqda qida və gigiyena məhsullarının əksikliyindən şikayətlənirlər.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev özünün X hesabında Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı Ofisi ilə görüşü barədə paylaşım edib. Hacıyev BQXK ilə görüşdə Azərbaycan tərəfinin dərman, qida və digər məhsulların Laçın-Xankəndi və Ağdam-Xankəndi yolları ilə çatdırılması üçün bütün zəruri şərtlərin təmin edildiyini və ediləcəyini bildirib.

Qərbdən gələn tənqidlərin təsiri nə ola bilər?
Gözlə

No media source currently available

0:00 0:05:07 0:00

Xatırlatma

  • 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə, sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə (Xocavənd rayonu daxil) və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
  • Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG