Keçid linkləri

2024, 18 Oktyabr, Cümə, Bakı vaxtı 08:07

Çin Kanadanı ağır aqibətlə hədələyib


Wanzhou Meng
Wanzhou Meng

Çin Kanadaya xəbərdarlıq edib ki, “Huawei” şirkətinin maliyyə direktoru Men Vançjounu (Meng Wanzhou) ABŞ-a akstradasiya edəcəyi halda ağır aqibətlə üzləşəcək.

Bu barədə Reuters agentliyi məlumat verir.

Vançjou dekabrın 1-də “Vankuver” hava imanında saxlanıb.O, Çinin əsas elektronika istehsalçısı olan bu şirkətin banisinin qızıdır.

ABŞ onu, “Huawei” şirkətinin, Tehrana qarşı sanksiyalardan yayınaraq İranla ticarət etməyə cəhd göstərən bir şirkətlə əlaqələrini gizlətməyə çalışmaqda ittiham edir.

Söhbət ABŞ-ın bir sıra maliyyə idarələrini aldatmaq üçün xüsusi sxem yaradılmasından gedir.

Buna görə Vanjou ABŞ-da 60 il həbs cəzasına məhkum edilə bilər.

Kanadanın Pekindəki səfiri dekabrın 7-də Çinin xarici işlər nazirliyinə çağırılıb və Men Vancjounun təqib olunmasının təcili dayandırılması tələb olunub.

Kanada məhkəməsi onun ABŞ-a verilməsi barədə hələlik qərar qəbul etməyib.

Bazar ertəsi Kanadada məsələ ilə bağlı məhkəmə davam edəcək.

Men Vançjou, ABŞ və Çin prezidentlərinin Böyük 20-lər ölkələrinin Argentina sammiti çərçivəsində görüşdükləri gündə həbs edilib.

Liderlər həmin görüşdə iki ölkə arasındakı ticarət problemlərini müzakirıə ediblər.

XS
SM
MD
LG