Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 22:26

Xameneinin nümayəndəsinin Bakı ofisinin fəaliyyəti dayandırılıb


Yasamaldakı "Hüseyniyyə" qapadılıb
Gözlə

No media source currently available

0:00 0:01:55 0:00

Yasamaldakı "Hüseyniyyə" qapadılıb (2012)

İranın Ali Rəhbəri Seyid Əli Xameneinin Azərbaycandakı nümayəndəsi höccətülislam Seyid Əliəkbər Ocaqnejadın Bakıda fəaliyyət göstərən ofisi və Hüseyniyyə məscidinin fəaliyyəti dayandırılıb.

Bu gün, oktyabrın 5-də Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən yayılan məlumatda buna səbəb kimi koronavirus infeksiyası göstərilib.

DİN-in Mətbuat xidmətindən deyilib ki, təkcə adıçəkilən yerlər deyil, eyni zamanda, koronavirusun çox yayıldığı digər qapalı məkanların da fəaliyyəti dayandırılıb: "Hüseyniyyə məscidi son günlər koronavirus infeksiyasının çox yayıldığı məkanlardan biridir. Digər yerlər kimi, Hüseyniyyə məscidinin də fəaliyyəti dayandırılıb. Hazırda orada epidemioloji xidmət tərəfindən müvafiq tədbirlər görülür".

Bu fikirlərə, hələlik, məscidin və ofisin təmsilçilərindən münasibət almaq mümkün olmayıb. Elə ofisin də sözügedən məscidin ərazisində yerləşdiyi bildirilir.

Xatırlatma

Son aylar Azərbaycan və İran arasında müəyyən narazılıqlar müşahidə edilir. Azərbaycan rəsmiləri bəyan ediblər ki, İrana məxsus yük maşınları onların nəzarətində olmayan ərazilərinə qanunsuz yük daşıyır. İranın Bakıdakı səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılaraq ona nota da təqdim edilib. Habelə, prezident İlham Əliyev İranın bu yaxınlarda Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimləri çox təəccüblü bir məsələ kimi dəyərləndirmişdi: "Çünki 30 illik müstəqillik dövründə belə hadisələr olmamışdı".

Amma İran rəsmiləri də qeyd ediblər ki, öz ərazilərində hərbi təlim keçirmək onların suveren hüququdur. İran rəsmilərinin açıqlamasına görə, üçüncü qüvvələr Azərbaycan-İran münasibətlərinin korlanmasında təhrikedici rol oynayır.

Azərbaycan prezidenti isə son çıxışlarının birində deyib ki, "heç kim bizim işimizə burnunu soxmasın".

XS
SM
MD
LG