Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 20:28

İcra başçısı pambıq yığdı


Rayon icra başçısı pambıq yığımında iştirak edib. Foto: Report.az
Rayon icra başçısı pambıq yığımında iştirak edib. Foto: Report.az

Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevin pambıq əkən fermerlərə dəstək aksiyasında iştirak etdiyi bildirilir. «Report»un xəbərinə görə, icra başçısı təhsil, mədəniyyət və səhiyyə işçiləri ilə birlikdə pambıq yığımına qatılıb.

Xəbərdə qeyd edilir ki, hazırda Beyləqanda pambıq yığımı davam edir, hava şəraitinə görə məhsul tarlalardan qısa müddətdə toplanmalıdır. Havaların yağmurlu keçməsi pambıq yığımının ləngiməsi, məhsulun sahələrdə qalması ilə nəticələnə bilər.

Beyləqan rayon Statistika idarəsinin verdiyi məlumata görə, 2016-cı ildə rayonda 3958 hektar sahədə pambıq becərilib. Bu, ötən illə müqayisədə 1879 hektar çoxdur. Bugünədək tarlalardan 3245 ton məhsul toplanıb. Yığılan pambıq rayonda fəaliyyət göstərən iki pambıq istehsalı və emalı zavoduna təhvil verilir.

Ölkə rəhbərliyi bəyan etmişdi ki, bu il pambıq tarlalarından 100 min ton məhsul yığılacaq.

Son vaxtlar ölkə mətbuatında Aran rayonlarında müəllimlərin, həkimlərin, mədəniyyət işçilərinin və ASAN Xidmət əməkdaşlarının pambıq yığımına cəlb edildiyindən bəhs olunur. Hüquqşünaslar bunu ölkə qanunvericiliyinə zidd sayırlar.

XS
SM
MD
LG