Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 12:05

Arıqlamaq pəhrizinin pozulması üçün 5 qayda


Çox sadədir: İdman və az yemək. Lakin reallıqda adamların əksəriyyəti üçün arıqlamaq problem olaraq qalır.

Yeni ilin ilk günlərində amerikalıların təxminən yarısının 2016-da daha sağlam, daha şümşad görünmək üçün artıq çəkidən izal olmaq barədə qərar qəbul etdiyi deyilir.

Əlbəttə, aylar və illərlə yığılan artıq kiloqramların tezcə də əriməsəini görmək əla olardı, lakin buna görə tər tökmək, başlıcası isə nə yediyinizə diqqət etmək lazımdır.

Əlbəttə, aylar və illərlə yığılan artıq kiloqramların tezcə də əriməsəini görmək əla olardı, lakin buna görə tər tökmək, başlıcası isə nə yediyinizə diqqət etmək lazımdır...

Çox sadədir: İdman və az yemək. Lakin reallıqda adamların əksəriyyəti üçün arıqlamaq problem olaraq qalır.

Bu həm də çəkisinə diqqət edənlərə, pəhriz saxlayanlara da aiddir.

Virginiyada yaşayan dietoloq və idman psixoloqu Jim White deyir ki, burada əsas şərt bədəndəki sudur.

İdman edərkən və ya yoxuş yuxarı qalxarkən, əzələlər tərləyir və bədəndən tər qarşıq ağ qan kürəcikləri ayrılır, lakin bu zaman faydalı elementlər də aktivləşir və yırtılan əzələləri sağaldır. Beləliklə, insan güclənmiş olur – deyir White.

Lakin bir çoxları üçün kökəlmə səbəblərini anlamaq daha mürəkkıəbduir.

Birdən birə olmaz

Bir çox adamlar yeməklərini qısmaqla, fiziki təmrinlərini artırmaq kimi sadə yol tuturlar.

coachjenny.com saytının yaradıcısı və idman fizioloqu Jenny Hadfield deyir ki, adamlar həddən artıq ac qalmağa və ifrat idman etməyə meyllənirlər.

Onun fikrincə, bədəni kifayət qədər “yanacaqla” doldurmadan fiziki fəallığı artırmaq ziyanlıdır.

Meyvələr də yemək sayılır
Meyvələr də yemək sayılır

Fizioloq deyir ki, belə arıqlamanı üçcə həftədən sonra idarə etmək mükün olmur. Nəticədə əldə olunanlar batıb gedir.

“Bu halda bədən üsyan edir” – deyir Hadfield. Alim bildirir ki, bədənin qidalanma işlərinə “ifrat müdaxilə” orqanizmdə aclıqla bağlı bir sıra təbii mexanizmləri poza bilər.

2015-ci ildə aparılmış bir eksperiment zamanı siçovulların yemləndimə saatlarını azaldıblar. Bu zaman onlardakı “toxluq hormonu” – qrelinin miqdarı da azalıb. Bu hormon insana da artıq doyduğu barədə siqnal verir.

Hadfield deyir ki, fiziki fəallığa xırda addımlardan, kiçik hərəkətlərdən başlamaq lazımdır.

Onun fikrincə, bədəndəki dəyişikliklərin bir-bir baş verməsini gözləməkdə fayda var.

White isə məsləhət görür ki, idman təmrinlərindən yarım saat əvvəl, 100 kalorilik qəlyanaltı, bir stəkan qatıq içmək lazımdır.

Hansı ərzaq məhsullarının çəkinizi artırdığına özünüz diqqət etməlisiniz.

Özünüzə görə pəhriz seçin

Alimlər deyirlər ki, bəziləri müxtəlif növ hazır pəhrizlərdən istifadə edirlər. Bunların arasında aşağı karbohidratlı (çörək), qlutensiz (yapışqansız) pəhrizlər də var. Belə pəhrizləri saxlamağın bahalığı bir yana, onlara daim əməl etmək də çətindir.

Buna görə də hər bir fərd ona əziyyət verməyən pəhriz qaydalarına əməl etməlidir.

Yəni elə bir pəhriz ki, haqqında düşünməyi belə unudasınız.

Burada psixoloji amillər əsas rollardan birini oynayır. 2014-cü ildə “Appetite” jurnalında dərc olunmuş bir məqalədə deyilirdi ki, şokoladlı tortun kökəldəcəyindən qorxan adamlar, torta sadəcə bayram elementi kimi baxanlardan daha tez kökələ bilərlər.

Yemək və idman kömək etməyəndə

White deyir ki, istənilən idman təmrini ona müvafiq qida qəbulu ilə müşayiət olunmalıdır. Çünki, məsələn çörəkdə olan karbohidratlar orqanizm tərəfindən “yanacağa” çevrilir. Orqanizmi bundan məhrum etmək, maşını benzinsiz sürməyə cəhd etmək kimidir.

“Enerji” plitələri ilə ağ etməyin

Mağazaların piştaxtaları sürət, enerji və qüvvət vəd edən ərzaqlarla doludur.

Qidalanma plitələri və qəlyanaltıları bu gün 6 milyard dollarlıq biznesdir.

Elə arıqlama vasitəsini seçin ki, onu məcburən yox, zövqlə edə biləsiniz

Belə məhsulların əksəriyyətindəki kalori, şəkər və yağın tərkibi onun adı şirniyyatla rəqabət aparmasına imkan verir.

Lakin bu qəlyanaltılar çox vaxt 60 dəqiqəlik idman üçün nəzərdə tutulsa da, bəziləri onları əsl qidaya çevirirlər.

Bəziləri isə deyirlər ki, idman qidaları bir yana, onlarla yanaşı normal xörəkləri də yemək lazımdır.

Alimlər bu qənaətdədirlər ki, ərzaqı orqanizmin tələblərinə uyğun seçmək lazımdır. Məsələn karbohidrat ehtiyacları üçün meyvə-tərəvəz, zülallar üçün toyuq və balıq, yağlar üçünsə avakado və qoz-fındıq yemək daha faydalıdır.

Özününzü “mükafatlandırmayın”

Bəzi adamlar düşünürlər ki, çox idman edirlərsə, çox da yeyə bilərlər, çünki fiziki hərəkətlər onların aclıq hissini artırır.

Marketing Letters məcmuəsinin may nömrəsindəki məqalədə deyilir ki, adamlar iki kilometrlik qaçışdan sonra şokoladı 35 faiz artıq yeyirlər.

Beləliklə də 30 dəqiqəlik qaçışla itirilmiş çəki, bir neçə dəqiqədən sonra təkrar yüklənməyə başlayır.

Elə arıqlama vasitəsini seçin ki, onu məcburən yox, zövqlə edə biləsiniz, - deyirlər alimlər.

XS
SM
MD
LG